Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-540/2023 20.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7, Azərbaycan Respublikasının Dövlət X11 Regional Reklam İdarəsin nümayəndəsi X3 iştirakı ilə, X7 Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikasının Dövlət X11 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: X7 Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikasının Dövlət X11 Regional Reklam İdarəsindən inzibati xəta haqqında material daxil olmuşdur. Azərbaycan Respublikasının Dövlət X11 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 26 aprel 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokola əsasən Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş küçəsində yerləşən “15 Az Auto hissələr” obyektinin sahibi X12 Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Dövlət X11 Regional Reklam İdarəsin nümayəndəsi X9 verdiyi izahatında göstərmişdir ki, açıq məkanda reklam sahəsində keçirilən monitorinq zamanı, yəni 30 mart 2023-cü il tarixdə Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş küçəsində yerləşən “15 Az Auto hissələr” obyektinin icazəsiz açıq məkanda reklam yayımı halı müəyyən edilmişdir. Bu barədə yerində akt tərtib edilmiş və 000102 saylı, 30 mart 2023-cü il tarixli Yazılı Göstəriş verilmiş, lakin X12 tərtib edilən sənədlərə imza etməkdən, nüsxəsini qəbul etməkdən imtina etmişdir. Açıq məkanda reklam yayımının həyat keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə 000102 saylı, 30 mart 2023-cü il tarixli Yazılı X1 qeydiyyat ünvanına sifarişli poçt vasitəsilə göndərilmişdir. Həmin Yazılı göstərişdə Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində yerləşən “15 Az Auto hissələr” obyektinin açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 (beş) gün müddətində Azərbaycan Respublikasının Dövlət X6 Regional Reklam İdarəsinə müraciət edilməsi tələb olunmuş, bu tələblər yerinə yetirilmədikdə, müvafiq reklamın (reklamların) yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcəyi bildirilmişdir. İş materiallarında olan Poçt göndərişlərinin İzlənməsi haqqında elektron portaldan müəyyən edilir ki, (SS839510029AZ) 000102 saylı, 30 mart 2023-cü il tarixli Yazılı Göstəriş xx.xx.2023-cü il tarixdə X10 çatmışdır. Yazılı göstərişdə müəyyən edilmiş tələblərin yerinə yetirilib-yetirilməməsinə görə, 26 aprel 2023-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində yerləşən “15 Az Auto hissələr” obyektinə baxış keçirilmişdir. Lakin Yazılı göstərişdə qeyd olunanlara əməl edilmədiyinin, həmçinin qanunvericiliyin tələblərini izah edilməsinə baxmayaraq, Yazılı göstərişə əlavə edilmiş aktda qeyd olunan pozuntular davam etdirilmişdir. Bu barədə yerindəcə Baxış aktı və protokol tərtib edilmiş, lakin X10 təqdim edilsə də imza və qəbul etməkdən, həmçinin bunun səbəbini izah etməkdən imtina etmişdir. Bununla da “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinin, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tələblərini pozmuşdur. Buna görə də barəsində inzibatə xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Cəlilabad Rayon Məhkəmsinə göndərilmişdir. İşə məhkəmədə baxıldığı müddətdə, yəni 19 iyun 2023-cü il tarixdə Cəlilabad şəhər sakini X8 nümayəndəsi olduğu idarəyə müraciət etmiş, “15 Az Auto hissələr” obyektinin ona məxsus olduğunu bildirmiş və həmin idarə ilə qanunamüvafiq şəkildə müqavilə bağlamışdır. Barəsində inzibati araşdırma aparılan zaman X12 həmin obyektin ona məxsus olmadığını bildirmədiyindən inzibati xəta haqqında protokol da onun barəsində tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında brəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 verdiyi izahatında göstərmişdir ki, onun barəsində X14 İdarəsinin Elektrik nəzarət Şöbəsi tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişin yerinə yetirilməməsi səbəbindən 26 aprel 2023-cü il il tarixli MN N1255200 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə verilmişdir. Həmin protokolu əsassız hesab edir. Belə ki, həmin protokolda göstərilən Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində yerləşən “15 Az Auto hissələr” obyekti ona məxsus deyildir. Həmin obyekt X4 məxsusdur. Onun özünə məxsus kiçik obyekti olmuş və həmin obyektdə bərbər kimi fəaliyyət göstərmişdir. Lakin 2021-ci ildə 6 sayı Ərazi Vergilər İdarəsinə müraciət edərək, fəaliyyətinin dayandırılmasını xahiş etmiş və Vergi İdarəsi tərəfindən onun fəaliyyəti xx.xx.2026-cı il tarixədək dayandırılmışdır. Onun bərbər kimi fəaliyyət göstərdiyi obyekt “15 Az Auto hissələr” obyektinə yaxın yerləşir. Reklam İdarəsinin nümayəndəsi həmin əraziyə gələn zaman da ona “15 Az Auto hissələr” obyektin başqa şəxsə məxsus olduğunu bildirmiş, lakin Reklam İdarəsinin nümayəndəsi buna əhəmiyyət verməmişdir. Nəticədə əsassız olaraq onun barəsində Reklam İdarəsi tərəfindən inzibati araşdırma aparılmış və hazırkı protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində olan hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 əməlində ona istinad olunan inzibati xətanın tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan 26 aprel 2023-cü il il tarixli, MN N1255200 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində yerləşən “15 Az Auto hissələr” obyektinin sahibi X12 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişin yerinə yetirilməməsi nəticəsində X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət X11 Regional Reklam İdarəsinin 000102 saylı yazılı göstərişindən görünür ki, X5 “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikasının Dövlət X11 Regional Reklam İdarəsinə mürəaciət dilməsi tələb olunmuş. Əks təqdirdə, barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 30 mart 2022-ci il tarixli, 000102 saylı aktın surətindən görünür ki, Göytəpə şəhəri, Qurtuluş küçəsində yerləşən “15 Az Auto hissələr” obyektinin rəhbəri X7 müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yayımlaması aşkar olunmuşdur. İşə əlavə olunmuş dövlət rüsumunun ödənişi üçün bildirişdən görünür ki, X8 Azərbaycan Respublikasının Dövlət X11 Regional Reklam İdarəsinə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Digər fasad reklamlarının yayımı üçün 16.92 manat ödəniş etməlidir. İşə əlavə olunmuş hesab fakturadan görünür ki, X8 Azərbaycan Respublikasının Dövlət X11 Regional Reklam İdarəsinə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Digər fasad reklamlarının yayımı üçün 119.83 manat ödəniş etməlidir. İşə əlavə olunmuş qəbzdən görünür ki, X15 tərəfindən Azərbaycan Respublikasının Dövlət X6 Rİ-in hesabına xx.xx.2023-cü il tarixində 108 manat ödəniş edilmişdir. İşə əlavə olunmuş qəbzdən görünür ki, Niftullayev Niftullayev tərəfindən Azərbaycan Respublikasının Dövlət X6 Rİ-in hesabına xx.xx.2023-cü il tarixində 17 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə arşdırması zamanı müəyyən olunmuşdur ki, Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində yerləşən “15 Az Auto hissələr” obyekti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10 məxsus deyildir və İqbal Hüseynov həmin obyektdə hər hansı fəaliyyətlə məşğul olmamışdır. Azərbaycan Respublikasının Dövlət X11 Regional Reklam İdarəsi tərəfindən X7 barəsində inzibati araşdırma üçün heç bir əsas olmamış və nəticədə əsassız olaraq, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X7 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X14 İdarəsinin Estetik nəzarət Şöbəsinin 26 aprel 2023-cü il il tarixli MN N1255200 saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X7 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(073)-540/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-540/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver