Məhkəmə qərarları › İş №3(073)-540/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-540/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-540/2024 24.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs Səxavət oğlunun iştirakı ilə, Şəxs – xx.xx.2002-ci ildə Cəlilabad rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 24 iyun 2024-cü tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 10 iyun 2024-cü il tarixdə Cəlilabad rayonu, Günəşli kəndində Zərərçəkmiş şəxs Səxavət oğlu ilə onun oğlu X2 arasında mübahisə yaranmış, mübahisə zamanı Şəxs atası Zərərçəkmiş şəxs Səxavət oğluna dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, atası Zərərçəkmiş şəxs Səxavət oğlu başqa qadımla yaşadığı üçün 2018-ci ildə valideyinləri boşanmışlar. Hazırda atası Firqət onları evdən çıxartmaq istəyir, onların isə həmin evdə yaşamaq hüquqları var. 10 iyun 2024-cü il tarixdə atası Firqət onu və anası Sədaqəti təhqir edərək evdən çıxartmış və onları tutduracağı ilə hədələmişdir. Həmin vaxtı o və anası Sədaqət, atası Firqəti döyməmişlər. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Səxavət oğlu izahat verərək bildirdi ki, 10 iyun 2024-cü il tarixdə, saat 18:00 radələrində yaşadığı evdə, keçmiş həyat yoldaşı Sədaqət Musayeva və oğlu Şəxs onu təhqir etməyə başlamışlar. Həmin vaxt oğlu Qoşqar stulu onun baş nahiyəsinə vurduqdan sonra bıçaq götürmək üçün mətbəxə getmiş, Sədaqət isə əlində oln çayniki onun belinə vurmuş, qızı Aysun isə onun köynəyini cırmış, daha sonra adlarını qeyd etdiyi şəxslər evdən çıxıb getmişlər. Hazırda Şəxs ilə barışmamışdır. Ona görə də Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin 14 iyun 2024-cü il tarixli, 481 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs Səxavət oğlunda başın təpə nahiyəsində və sol kürək nahiyəsində qançır, sol said nahiyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 10 iyun 2024-cü il tarixə uyğun gəlir və olmuş sağlamlığa zərə vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X1 Bölməsinin 19 iyun 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Şəxs inzibati xəta törətməsi sübut olunur və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar