Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-542/2023 05.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad şəhəri, Qurtuluş prospekti 102 ümvanda fəaliyyət göstərən “Kişi Salonu” obyektin fərdi sahibkarı X1 barəsində Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: 17 aprel 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad şəhəri, Qurtuluş prospekti 102 ümvanda fəaliyyət göstərən “Kişi Salonu” obyektində müvafiq icazə sənədi olmadan qanunsuz reklam yayımlanması aşkar olunmuşdur. Bununla da Cəlilabad şəhəri, Qurtuluş prospekti 102 ümvanda fəaliyyət göstərən “Kişi Salonu” obyektin fərdi sahibkarı X3 Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cəlilabad şəhəri, Qurtuluş prospekti 102 ümvanda fəaliyyət göstərən “Kişi Salonu” adlı obyektin fərdi sahibkarı X1 bu əməli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Cəlilabad şəhəri, Qurtuluş prospekti 102 ümvanda fəaliyyət göstərən “Kişi Salonu” obyektin fərdi sahibkarı X2 və Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsinin xx.xx.2023-cü il tarixli, 000101 saylı göstəriş məktubunun surətindən görünür ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın (bundan sonra-qayda) 3-cü bəndini rəhbər tutaraq qeyd olunan qanun pozuntularını 5 gün ərzində aradan qaldırılması tələb olunmuş. Əks təqdirdə, açıq məkanda reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 428.7-ci maddəsində və Qaydaların 3.5-ci bəndində nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq olunacaqdır. İşdə olan ********** saylı VÖEN-nin surətindən görünür ki, X3 fərdi sahibkarlıq statusuna malikdir. Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Cəlilabad şəhəri, Qurtuluş prospekti 102 ümvanda fəaliyyət göstərən “Kişi Salonu” obyektin fərdi sahibkarı X1 barəsində inzibati tənbeh tədbiri görərkən vəzifəli şəxs olmasını və dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq müvafiq icazə sənədinin alınmamasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Cəlilabad şəhəri, Qurtuluş prospekti 102 ümvanda fəaliyyət göstərən “Kişi Salonu” obyektin fərdi sahibkarı X3 Azərbaycan Respulikası İXM-in 428.7.3cü maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-542/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-542/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver