Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-549/2024 05.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, «ƏLİ-TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, «ƏLİ-TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə «ƏLİ-TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 iyun 2024cü il tarixli, EP ******* saylı protokolu daxil olmuşdur. 14 iyun 2024-cü il tarixli, EP ******* saylı protokoldan görünür ki, «ƏLİ-TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyəti 57500.00 (əlli yeddi min beş yüz) ABŞ dolları məbləğində vəsaiti 26 may 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsədə, 57500.00 (əlli yeddi min beş yüz) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 27 may 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Cəlilabad rayon Məhkəməinin 14 iyul 2023-cü il tarixli, 3(073)-549/2024 saylı qərarı ilə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında «ƏLİ-TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək bildirdi ki «ƏLİ-TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə WEİFANG FENGSHUO TEXTİLES TRADE CO, LTD arasında xx.xx.2021-ci il tarixdə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində malların (müxtəlif növ paltarlar və aksesuarlar) alışına görə müqavilə bağlanmışdır. «ƏLİ-TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə WEİFANG FENGSHUO TEXTİLES TRADE CO, LTD-yə malların alışı üçün 57500.00 (əlli yeddi min beş yüz) ABŞ dolları pul köçürülmüşdür. Lakin, satıcı müəsissədə istehsal gecikmələri və logistik (daşıma) işlərinin yerinə yetirilməsində gecikmələr olmuş və malların göndərilməsi onlardan aslı olmayan səbəblərdən gecikmişdir. Onların həmin proseslərin tezləşdirilməsi ilə bağlı hər hası imkanları olmamışdır. Nəticə etibarı ilə xx.xx.2024-cü il tarixdə WEİFANG FENGSHUO TEXTİLES TRADE CO, LTD-dən «ƏLİ-TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin 57500.00 (əlli yeddi min beş yüz) ABŞ dolları məbləğində aldığları mallar,“Polyester Fabrics” adlı, ümümi parçanın 48%-ni təşkil edən təksaplı sintetik kompleks saplar ilə qarışdırılmış, ümümi parçanın 52%-ni təşkil edən polietilentereftalat (CAS 25038-599-) əsaslı liftlərdən ibarət təksaplı ipək məhsulları ölkəyə idxal olunmuşdur. Lakin məhsulun bir-iki ay gec ölkəyə idxal edilməsi onlara irad tutulmuş və barələrində əsassız olaraq protokol tərtib edilmişdir. Müqavilədən və kömrük bəyənnaməsindən görünür ki, köçürülən məbləğ ticarət məqsədli oluşdur və hazırda malları ölkəyə idxal olunmuşdur. «ƏLİ- TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta hadisəsi olmadığından başlanmış icraata xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş 152/2021 saylı xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, «ƏLİ-TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə WEİFANG FENGSHUO TEXTİLES TRADE CO, LTD şirkətin arasında 500000 (beş yüz min) ABŞ dolları dəyərində malların alışına dair bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, WEİFANG FENGSHUO TEXTİLES TRADE CO, LTD-yə 57500.00 (əlli yeddi min beş yüz) ABŞ dolları məbləğində pul köçürülmüşdür. İşə əlavə edilmiş xx.xx.2024-ci il tarixli gömrük bayəmnaməsindən görünür ki, WEİFANG FENGSHUO TEXTİLES TRADE CO, LTD şirkətindən «ƏLİ-TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilən 57500.00 (əlli yeddi min beş yüz) ABŞ dolları dəyərində “Polyester Fabrics” adlı, ümümi parçanın 48%-ni təşkil edən təksaplı sintetik kompleks saplar ilə qarışdırılmış, ümümi parçanın 52%-ni təşkil edən polietilentereftalat (CAS 25038-599-) əsaslı liftlərdən ibarət təksaplı ipək məhsulları ölkəyə idxal olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 152/2021 nömrəli müqavilə əsasında 57500.00 (əlli yeddi min beş yüz) ABŞ dolları dəyərində alınan malların ölkəyə idxalını gecikməsində səbəb «ƏLİ-TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri olmamışdır, hazırda müqavilə öhdəlikləri yerieinə yetrilmiş və məhsul idxal olunmuşdur. «ƏLİ-TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətində hazırki əməllə bağlı inzibati xəta müəyyən olunmur. xx.xx.2024-cü il tarixli gömrük bəyənnaməsindən xaricə köçürülən 57500 ABŞ dollarının tam məbləğdə malların alışına sərf olunduğu muəyyən olunur və bu əsasla da «ƏLİ- TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası Konsutitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şəhr edilməsinə dair 19 dekabr 2019-cü il tarixli plenum qərarında göstərilir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirib bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Məhkəmə hesab edir ki, «ƏLİ-TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 85, 114 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: «ƏLİ-TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-549/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-549/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver