Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-555/2023 13.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə xx.xx.2023-cü il tarixdə, saat təxminən 19 radələrində X3 etibarnamə əsasında idarə etdiyi “Shevrolet Cruze” markalı **-DT-*** 10-15 dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri Ş.Qurbanov küçəsində yaşadığı Əliabad kəndi istiqamətində deməsinə görə 40-50 km/saat sürətlə hərəkət edərkən Ş.Qurbanov küçəsi ilə M.F.Axundov küçəsinin kəsişməsində öz yolunda, M.F.Axundov küçəsində “arxa yol” deyilən istiqamətdə hərəkət edən BMW markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs gözləməyib hərəkətinə davam etdiyi üçün onun idarə etdiyi qardaşına məxsus BMW markalı avtomobillə “Shevrolet Cruze” markalı avtomobil yolların kəsişdiyi orta hissədə toqquşmuşlar. Həmin vaxt Əsədov Feyruzun idarə etdiyi “Shevrolet Cruze” markalı avtomobildə özündən başqa arvadı X1, qızı Əsədova Gülsüm və oğlu Əsədov Həsən olmuş, qəza nəticəsində Əsədov Feyruz heç bir xəsarət almamış, lakin onun arvadı X2, qızı Əsədova Gülsüm və oğlu Əsədov Həsən dərəcəsi təyin edilməyən müxtəlif bədən xəsarətləri almışlar. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İşdə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş 200 (iki yüz) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(073)-555/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-555/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver