Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-559/2024 28.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Cəlilabad rayonunun Maşlıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Maşlıq kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1678/2020 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1678/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat məbləğində aliment cavabdeh Şəxs alınıb iddiaçı X7 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Əvvəllər müntəzəm qaydada ödənişləri etsə də, son zamanlar ödənişdən yayınmışdır. Nəticədə borclunun 720 manat aliment borcu vardır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat məbləğində aliment ondan alınıb iddiaçı X7 verilməlidir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş ona təqdim edilmişdir. O, aliment borcunu ödəməkdən heç vaxt boyun qaçırmamış və yayınmamışdır. Özü fəhləliklə məşğul olur, maddi imkanı olmadığından və iki dəfə əməliyyat olduğundan aliment borcunu ödəyə bilməmişdir. Fəhlə işlədiyi üçün keçirdiyi əməliyyatlara görə bir müddət işləyə bilməmişdir. Bununla belə, barəsində inzibati xəta haqqında protkol tərtib edildikdən sonra icra sənədi üzrə borcundan xx.xx.2024-cü il tarixdə 300 (üç yüz) manat ödəniş edə bilmişdir. Qalan borcunu isə qısa müddət ərzində ödəyəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 27 iyun 2024-cü il tarixli iclasında iştirak etmiş zərərçəkmiş X9 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, borclu əvvəllər alimenti vaxtı-vaxtında ödəyirdi. Bəzən olurdu ki, 2-3 ay ərzində ödəmirdi, lakin sonra həmin yığılmış məbləği tam ödəyirdi. Lakin son bir neçə müddətdir ki, ümumiyyətlə, ödəniş etmir. Məhkəmədən qanuni qərar qəbul edilməsini və aliment borcunun şəxs tərəfindən ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs (tələbkar) X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1678/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat məbləğində aliment cavabdeh Şəxs alınıb iddiaçı X7 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, borclu 28 iyun 2024-cü il tarixdə icra sənədi üzrə yaranmış aliment borcundan 300 (üç yüz) manat ödəmişdir. İşdə olan “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş epikrizlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə spinal anesteziya altında iki tərəfli marmara əməliyyatı və xx.xx.2023-cü il tarixdə spinal anesteziya altında Hidroselinin kəsiklə çıxarılması əməliyyatı olunmuşdur, klinik diaqnoz olaraq isə sol tərəfli xaya hidropsu diaqnozu qoyulmuşdur. Göründüyü kimi, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə ki, 4 ilə yaxın müddətdə borclu öz öhdəliyini icra etmiş, son 3 ayda ödəniş etməməsinin səbəbi isə üzrlü səbəblərdən, yəni sağlamlığında yaranmış problemlər və keçirdiyi əməliyyatlarla əlaqədar olmuşdur, həmçinin iş məhkəmənin icraatında olduğu müddətdə aliment borcundan 300 (üç yüz) manat ödəniş etmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin məhz üzrsüz səbəbdən yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 27 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-559/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-559/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver