Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-560/2024 10.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində xx.xx.2024-cü il tarixli, EQ 18906704 saylı protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli qərara əsasən 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində xx.xx.2024-cü il tarixli, EQ 19082384 saylı protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli qərara əsasən 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində xx.xx.2024-cü il tarixli, EQ 19082416 saylı protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli qərara əsasən 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində xx.xx.2024-cü il tarixli, EQ 19181738 saylı protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli qərara əsasən 10 (on) manat məbləğində cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 329.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində xx.xx.2024-cü il tarixli, EQ 19216240 saylı protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli qərara əsasən 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində xx.xx.2024-cü il tarixli, EQ 19216432 saylı protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli qərara əsasən 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində xx.xx.2024-cü il tarixli, EQ 19168871 saylı protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli qərara əsasən 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində xx.xx.2024-cü il tarixli, EQ 19249714 saylı protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli qərara əsasən 10 (on) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində çıxarılmış inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmiş və buna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP 6329116, xx.xx.2024-cü il tarixli, İXP 6329092, xx.xx.2024-cü il tarixli, İXP 6329080, xx.xx.2024-cü il tarixli, İXP 6329010, xx.xx.2024-cü il tarixli, İXP 6328997, xx.xx.2024-cü il tarixli, İXP 6328981, xx.xx.2024-cü il tarixli, İXP 6329050, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə cərimə olunduğu məbləği qanunla müəyyən olunan müddətdə ödəmədiyindən nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-560/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-560/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver