Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-561/2024 17.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Cəlilabad rayonunun Kazımabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Kazımabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs idarə etdiyi VAZ-21063 minik markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 11 may 2019-cu ildə saat 09:20 radələrində Ələt-Astara-İran sərhədi yolunun Cəlilabad rayonu ərazisindən keçən 115-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün mane yaratmamalı, sola doğru dönmə əməliyyatı etdirməzədən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili sola doğru dönmə əməliyyatı etdirməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, Ələt qəsəbəsi istiqamətinə yolun sağ zolağın mərkəzi ilə hərəkət edib saatda 20 kilometr sürətlə sola doğru manevr etmiş, bu zaman qarşı əks hərəkət zolağında ötmə əməliyyatı edərkən X1 idarə etdiyi Mercedes Benz 200 minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks hərəkət zolağında toqquşmuş, nəticədə sonuncu avtomobilin sərnişini Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına yüngül zərər vurmaya aid olan bədən xəsarəti almasına və X3 məxsus Mercedes Benz 200 minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3656 (üç min altı yüz əlli altı) manat maddi ziyan vurmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, özünü günahkar hesab etməmiş, hesab etmişdir ki, günahın hamısı qarşı tərəfdədir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sənədlərlə və şahidin ifadəsi ilə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında göstərmişdir ki, Baş İstintaq və Yəhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı vəzifəsində işləyir. Tərəfləri tanımır və onlarla heç bir ədavət və düşmənçiliyi yoxdur. Tərəfindən tam qanuni araşdırma aparılaraq qərar qəbul edilmişdir. Hadisə yerinə gəldikdə barəsində icraat aparılan şəxs hadisə yerini dəqiq göstərərək təqsirini etiraf etmişdir. İş materiallarında yer alan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilən məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyindən görünür ki, VAZ-21063 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 375 saylı rəydən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs alın yarasında əzilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə Şəxs ona istinad olunan inzibati xətanı törətməməsi ilə bağlı verdiyi izahatını özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş 300 (üç yüz) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-561/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-561/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver