Məhkəmə qərarları › İş №3(073)-566/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-566/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-566/2023 20.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankının 23 may 2023-cü il tarixli, EP ******* saylı protokolu daxil olmuşdur. 23 may 2023-cü il tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs 25620.00 (iyirmi beş min alt yüz iyirmi) ABŞ dolları məbləğində vəsaiti 30 aprel 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsədə, 25620.00 (iyirmi beş min alt yüz iyirmi) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 01 may 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Cəlilabad rayon Məhkəməinin 14 iyul 2023-cü il tarixli, 3(073)-566/2023 saylı qərarı ilə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. X1 22 sentyabr 2023-cü il tarixli, 3(106)-380/2023 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Cəlilabad rayon Məkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı ləğv edilərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Cəlilabad rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında Şəxs nümayəndəsi X3 izahat verərək bildirdi ki Şəxs ilə NUGA BANT BASKİLİ URUNLER SAN. VE TİC. A.S aralarında xx.xx.2021-ci il tarixdə 25620.00 (iyirmi beş min alt yüz iyirmi) ABŞ dolları məbləğində və 18.300 (on səkkiz min üç yüz) ABŞ dolları məbləğində bağlanmış 2 (iki) müqaviləyə əsasən 144000 ədəd qəhvərəngi bant məhsulları alınmışdır. xx.xx.2021-ci il tarixli gömrük bayəmnaməsi ilə NUGA BANT BASKİLİ URUNLER SAN. VE TİC. A.S ilə AQRAR-A” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 1200 KAP 144000 AD Marka: ADDR məhsulları dəyəri 43920 (qırx üç min doqquz yüz iyirmi) ABŞ dolları olmaqla ölkəyə idxal olunmuşdur. Lakin 2 müqavilə ilə ödənilmiş 25620 (iyirmi beş min altı yüz iyirmi) ABŞ dollarına və 18300 (on səkkiz min üç yüz) ABŞ dollarına cəmi, 43920 (qırx üç min doqquz yüz iyirmi min) ABŞ dollara alınan 144000 ədəd məhsulun bir bəyənnamə ilə ölkəyə idxal edilməsi ona irad tutulmuş və barəsində protokol tərtib edilmişdir. Müqavilələrdən və kömrük bəyənnaməsindən görünür ki, eyni məbləğ və eyni məhsul barədə tərtib edilmişdir. Şəxs əməlində inzibati xəta hadisəsi olmadığından başlanmış icraata xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, Şəxs **********02233797 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən NUGA BANT BASKİLİ URUNLER SAN VE TİC A.S şirkətinə 25620.00 (iyirmi beş min alt yüz iyirmi) ABŞ dolları vəsait köçürmüşdür. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, Şəxs **********02233797 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən NUGA BANT BASKİLİ URUNLER SAN VE TİC A.S şirkətinə 18.300 (on səkkiz min üç yüz) ABŞ dolları vəsait köçürmüşdür. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli gömrük bayəmnaməsindən görünür ki, NUGA BANT BASKİLİ URUNLER SAN VE TİC A.S şirkəti ilə Şəxs arasında 1200 KAP 144000 AD Marka: ADDR məhsulları üçün 43920 (qırx üç min doqquz yüz iyirmi) ABŞ dolları dəyərində məhsul ölkəyə idxal olunmuşdur. X1 22 sentyabr 2023-cü il tarixli, 3(106)-380/2023 saylı qərarında qeyd olunmuşdu ki, birinci inistansıya məhkəməsi AQRAR-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin 29 aprel 2021-ci il tarixli, 1824 nömrəli və 30 aprel 2021-ci il 1825 nömrəli müqavilələr üzrə invoys dəyəri 43920 ABŞ dolları olan malları bir gömrük bəyənnaməsi üzrə ölkə ərazisinə idxal etmələri ilə bağlı iddiasını heç bir araşdırma aparmadan işin müəyyən olunmuş halı kimi qəbul etmiş və yekun nəticəyə gəlmişdir. Halbu ki, 16 may 2021-ci il tarixli gömrük bəyənnaməsinin “Təqdim olan sənədlər” adlanan 44-cü qrafasında yalnız 30 aprel 201-ci il 1825 nömrəli müqavilənin qeyd olunması məhkmənin diqqətindən kənarda qalmışdır. Cəlilabad rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 3(073)-566/2023 sorğusuna cavab olarar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin rəisi Sənan Şahbəndəyev tərəfindən ünvanlanmış 19 oktyabr 2023-cü iul tarixli, 3-33-1500/2-000630/2023 məktubdan görünü ki, AQRAR-A” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cənub Ərazi Baş Gömrük İdarəsinə təqdim edilmiş **********2074 saylı xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə daxil olunmuş yük invoys dəyəri 43920.00 ABŞ dolları, gömrük dəyəri isə 78914.00 manat təşkil edir. Həmçinin məktuba əlavə edilmiş 16 may 2021-ci il tarxli gömrük bəyənnaməsinin “Təqdim olunan sənədlər” adlanan 44-cü qrafasında xx.xx.2021-ci il tarixli 1825 nömrəli müqavilə qeyd olunmuş, bəyənnamənin “qoşma vərəq” hissəsində 44-cü qrafaya xx.xx.2021-ci il tarixli 1824 nömrəli müqavilə barədə məluumat qeyd olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1824 nömrəli müqavilə əsasında 25620.00 (iyirmi beş min alt yüz iyirmi) ABŞ dolları dəyərində alınan malların ölkəyə idxalını təsdiq edən 16 may 2021-ci il tarixli gömrük bəyənnaməsi mövcud olduğundan Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 85, 114 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar