Məhkəmə qərarları › İş №3(073)-57/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-57/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-57/2023 23.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs – xx xxxxx 1983-cü il tarixdə Cəlilabad rayonu Bədirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəlilabad rayonu Bədirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının İXM-nin 157ci maddəsi ilə barəsində Cəlilabad Rayon Polis Şöbəsindən Cəlilabad Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 30 dekabr 2022-ci il tarixdə saat 17 radələrində həmkəndlisi Cəlilabad rayonu Bədirli kənd sakini Zərərçəkmiş şəxs aralarında yaranan mübahisə nəticəsində döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati işin məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs məhkəməyə izahat verərək barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə olan inzibati material üzrə özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, gələcəkdə zərərçəkmişə qarşı hər hansı belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə izahat verərək göstərdi ki, Cəlilabad rayon Bədirli kənd sakini Şəxs ilə aralarında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 30 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs qanuni əsaslarla onlara məxsus olan Cəlilabad rayonu, Bədirli kəndində yerləşən əkin sahəsində kartof məhsulu əkməyə hazırlaşan zaman yaxınlıqda yaşayan Şəxs həmin yerə gəlib, onunla mübahisə edərək orada kartof məhsulu əkməyin doğru olmadığını, həmin əkin sahəsini özünün yaşadığı fərdi yaşayış evinə gediş-gəliş üçün yol edəcəyini, habelə əkəcəyini bildirmiş və onun ünvanına nalayiq sözlər işlətmişdir. Buna etiraz etdikdə isə onu döymüşdür. Şəxs onun üz nahiyəsinə yumruqla zərbə endirmək istəmiş bu zaman o, özünü qorumaq üçün sağ qolunu üzünün qarşısına gətirmiş və yumruq zərbəsi sağ qolunun yuxarı nahiyəsinə (bazu nahiyəsinə) dəymişdir. Aralarında olan mübahisə zamanı yanlarında başqa kimsə olmamış, ona qarşı hər hansı müqavimət göstərməmişdir. İnzibati xəta törədən Şəxs ilə barışmamışdır, onu bağışlamır. Odur ki, məhkəmədən ona qanunauyğun müvafiq cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinin 14 yanvar 2023-cü il tarixli, 26 nömrəli rəyindən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs sağ dirsək oynağı nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsinin 18 yanvar 2023-cü il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi barədə” qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs törətmiş olduğu inzibati xəta özünün şəxsi etirafı, zərərçəkmiş şəxsin izahatı, MN ******* saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xəta əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar