Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-570/2024 01.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1991-ci ildə Cəlilabad rayonu, Şabanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Şabanlı kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 28 iyun 2024-cü tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 27 may 2024-cü il tarixdə Əmirov X2 rayonu, Şabanlı kəndində gəlini Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun qardaşı Nazim Əmirovun həyat yoldaşıdır. O, 27 may 2024-cü il tarixdə Nazim Əmirovdan aralarında olan pul borcunu almaq üçün onun evinə getmişdir. Həmin vaxt Nazimin həyat yoldaşı Zərərçəkmiş şəxs onun qarşısına çıxmışdır. O, Rəqsanədən Nazimini çağırmasını istəyəndə, Zərərçəkmiş şəxs onunla kobud şəkildə danışmış və onu tutduracağını demişdir. O, Rəqsanəyə onu rüsvay etməməsini bildirmiş, Nazimini çağırmasını istəmiş və bu zaman Nazim həyətə çıxmışdır. O, Nazimə “arvadını yığışdır bu niyə belə nalayiq ifadələr işlədir” sözünü demiş, lakin Nazim onun sözlərinə əhəmiyyət verməmişdir. Rəsanə Əmirova onun üzrəinə gəlib qışqıraraq nalayiq ifadələr işlətməyə davam etmişdir. Buna görə də o, sağ əli ilə Rəqsanənin çiyin nahiyəsindən itələyib, “uzaqlaş məndən” sözünü demişdir. O, Zərərçəkmiş şəxs döyməmiş, 27 may 2024-cü il tarixdə saat 23 radələrində sadəcə Rəqsanənin çiyin nahiyəsindən yüngül şəkildə itələmişdir ki, ondan əl çəksin. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, həyat yoldaşı X4, 4 yaşlı qızı Güllü Əmirova və 1 yaşlı oğlu Sahil Əmirovla birlikdə qaynatası Məmmədəli Əmirovdan qalma evdə yaşayır. Qaynı Şəxs bir neçə ay əvvəl Rusiyadan cəzaçəkmə müəssisəsindən çıxmış, Fuad həbsdən çıxandan sonra onun yoldaşı Nazim Əmirovu narahat etməyə başlayaraq pul tələb etmişdir. Nazim bunda görə təxminən 2 ay əvvəl Şəxs 2000 manat pul göndərmiş, lakin Fuad bundan kifayətlənməyib onları narahat etməyə davam etmiş, evlərinə gəlib Nazimi onun gözünün qarşısında hədələyərək pul tələb edəcəyini, vermədikdə isə onları öldürəcəyini demişdir. 27 may 2024-cü il tarixdə, saat 23 radələrində onlar evlərində olarkən həyətdən səs eşitmiş, pəncərədən baxdıqları vaxt həyətdə Fuad və əmisi Əliheydərin olmasını görmüşdür. O Nazim evdən çıxmağa qoymamış, özü çölə çıxaraq Fuadı qarşılamış və azyaşlı qızı Güllünün qorxduğu üçün Fuada səs etməməsini demişdir. Şəxs isə cavab olaraq “4 can almağa gəlmişəm, bu gecə siz burdan salamat çıxmayacaqsınız, evinizi yandıracağam, avtomatım var, mənim pulumu verin” sözlərini demişdir. O isə Fuada verəcək pullarını olmadığını demiş, bundan sonra Fuad ona “sənin başını kəsəcəyəm” sözünü deyəndə o da cavab olaraq “mən namussuz deyiləm ki, mənim başımı kəsəsən, sözlərinə görə cavab verəcəksən” sözünün demişdir. Bu zaman Fuad yumruqla bir dəfə onun sol göz nahiyəsinə vurmuş, o da zərbədən yerə yıxılmışdır. Hazırda Şəxs ilə barışmamışdır. Ona görə də Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, Şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə həyat yoldaşıdır. 23 may 2024-cü il tarixdə, saat 23 radələrində yaşadığı evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə olduğu zaman həyətə qardaşı Şəxs gəlib uca səslə onu səsləyərək qapını döymüş, yoldaşı Zərərçəkmiş şəxs onu həyətə çıxmağa qoymayıb özü çıxmışdır, çünki bir neçə aydır ki, aralarında problemlər var, Fuad ondan 3500 manat pul tələb edir. Rəqsanə həyətə çıxanda Fuad onu təhqir edib bütün ailə üzvlərini öldürməklə hədələmiş, buna baxmayaraq o həyətə çıxmırdı ki, hadisə baş verməsin. Bu zaman Rəqsanə qışqırdı və dedi ki, “ay üzüm” buna görə o həyətə çıxanda Rəqsanənin yerə yıxılmış və sol gözündən xəsarət almış vəziyyətdə görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun mərhum qardaşı Məmmədəlinin oğlu Nazimin həyat yoldaşıdır. 27 may 2024-cü il tarixdə həyətinə Şəxs gəlmiş, Fuad ona “əmi gedək Nazimdən mənim haqqımı alaq” sözünü demişdir. Nazim qardaşı Şəxs mərhum atası Məmmədəlinin avtomobilini satmasını, həmin avtomobildən Fuada 3500 manat pul verəcəyini demişdir. Buna görə də o Fuadla birlikdə Nazimin yaşadığı evin həyətinə getmişdir. Fuad qapını döyərək Nazimi çağırmağa başlamışdır, lakin Nazimin yerinə həyat yoldaşı Zərərçəkmiş şəxs çıxmışdır. Rəqsanə onlara “nəyə gəlimisiniz bura?” sözünü demiş, qarşılığında Fuad isə “haqqımı istəyirəm” sözünü demişdir. Rəqsanə Fuada pulumuz yoxdur dedikdən sonra onlar bir-birlərini nalayiq ifadələrlə təhqir etmişlər. Daha sonra Fuad yenidən Nazimi çağırmağa başlamış, bu zaman Rəqsanə Fuadın üzərinə getmiş, Fuad isə Rəqsanənin sinəsindən itələmişdir. Həmin vaxt Nazim Əmirov həyətə çıxmış, aralarına girmiş və Fuadı evinə apararaq “pulunu özüm verəcəyəm” sözünü demişdir. Nazim evində 3500 manat pulu Şəxs vermişdir. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 430 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs üzünün sol almacıq nahiyəsində və alt çənənin sol yarısında şişkinlik və qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X5 Bölməsinin 07 iyun 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Şəxs inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-570/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-570/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver