Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-572/2024 02.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs–xx xxxxxx 1988-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu M.Əzizbəyov ev 22-də qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad RPŞ-dən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 07 iyul 2024-cü il tarixdə Cəlilabad şəhəri M.Əzizbəyov küçəsində yaşadığı evin qarşısında ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü barəsində olan inzibati xəta haqqında material üzrə təqsirli bilərək verdiyi izahatında bildirdi ki, 01 iyul 2024-cü il tarixdə Cəlilabad şəhəri M.Əzizbəyov küçəsində yerləşən fərdi yaşayış evində həyat yoldaşı ilə aralarında yaranan mübahisəyə görə əsəbiləşmiş və evin qarşısına çıxaraq ucadan nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb irad bildirsələr də, o hərəkətlərini davam etdirmişdir. Hazırda əməlindən peşmandır. Gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyinə söz verir. Odur ki, qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Şəxs törətmiş olduğu inzibati xəta onun izahatı, inzibati xəta haqqında xx.xx.2024cü il tarixli, MN ******* saylı protokol və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati xəta haqqında işin materiallarında olan 01 iyul 2024-cü il tarixli, 184 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, hadisə vaxtı Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyəti olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi xırda xuliqanlıq əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən, onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati xəta haqqında işin materiallarında olan AZA № 021245 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, inzibati xəta törətmiş Şəxs 01 iyul 2024cü il tarixdə saat 23:05-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-572/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-572/2024
02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver