Məhkəmə qərarları › İş №3(073)-575/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-575/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-575/2023 08.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törədən şəxs X1, Zərərçəkmiş şəxs iştirakı ilə, X5 – xx.xx.1990-cı ildə Cəlilabad rayonu, Mirzəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Mirzəli kəndində qeydiyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 08 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə, X6 və X7 ilə birlikdə qaynanası Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Bununla da X5 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X5 izahat verərək bildirdi ki, 8 il müddətdir ki, X2 ilə ailə həyatı qurmuş və ailə quran gündən sonuncunun atası Dünyamalının evində yaşayırlar. Hazırda həyat yoldaşı Bəhruz Risiya Federasiyasında olsa da o yenə də həmin evdə yaşayır. X3rla bir evdə yaşayır. xx.xx.2023-cü il tarixdə, onlarla birlikdə yaşayan qayınatası X4 və qayınanası Zərərçəkmiş şəxs onlarla mübahisə etməyə başlamışlar və Dünyamalı və Afət onu və Güneli döyərək evdən çıxartmışlar. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, bir il bundan əvvəl o Dünyamalı Təmrazov ilə ailə həyatı qurmuş, o həyat yoldaşı Dünyamalı, qızı Günel, sonuncunun qızı Fatimə və oğlu Bəhruzun həyat yoldaşı Nahidə ilə birlikdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətində yerləşən tövlədə olanda səs eşitdiyi üçün çölə çıxmış, çöldə Dünyamalı ilə Nahidə və Günelin arasında mübahisə olduğunu görmüş, həmin vaxtı Nahidənin atası Dilavər və anası Səyyarə onlara gəlmişdirlər, daha sonra ona məlum olmuşdur ki, güya o və həyat yoldaşı Dünyamalı Güneli və Nahidəni döyməkləri barədə onlar Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişlər, Sonra polis əməkdaşları gəlmiş, həmin şəxslərin güya onları döyməklərini bildirmişlər. O və həyat yoldaşı isə onları döyməmişlər, dedikləri şər və böhtandır. Polis əməkdaşları gəldikdən sonra Səyyarə, Nahidə və Günel onu təhqir edərək onunla mübahisə etmişlər və onun üzərinə gələrək döymüşlər. O və həyat yoldaşı Dünyamalı Nahidəni və Güneli döyməmişlər. Səyyarə, Nahidə və Günel ona xəsarət yetirmişlər. Ona görə də X1 barəsində inzibati qaydada tənbeh tədbiri görülməsini xahiş etdi. X1 əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmiş şəxsin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. X1 törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 321 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxsnun sol said nahiyyəsində qançırlar, sağ əlin ikinci və üçüncü barmağının, sol əlin üçüncü barmaqlarında sıyrıqlar müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X12 Bölməsinin 19 may 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X1 törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs X1 barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs X5 Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar