Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-576/2024 08.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1965-ci ildə Cəlilabad rayonu, Suluçeşmə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 08 iyul 2024-cü tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 29 mart 2024-cü il tarixdə Məmmədov X1 rayonu, Suluçeşmə kəndində şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, onun Cəlilabad rayonu Suluçeşmə kəndində özünə məxsus 0,96 ha torpaq sahəsi vardır. Lakin həmin yerdə Zərərçəkmiş şəxs qaynatası Ataxan Mənsimov ev tikmişdir. 2006-cı il tarixdə həmin torpaq sahəsini Ataxan Mənsimova istifadə etmək üçün vermiş və sonuncudan 1000 ABŞ dolları pul almışdır. Bundan sonra o həbs olunmuş, torpaq isə Ataxan Mənsimovun istifadəsində qalmışdır. O həbsdən çıxdıqdan sonra Ataxan Mənsimovdan torpağını geri istəyəndə Ataxan torpağı ondan aldığı üçün özünə məxsus olduğunu bildirmiş, buna görə də o Cəlilabad rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda məhkəmədə araşdırma aparılır. 29 mart 2024-cü il tarixdə məhkəmənin çıxardığı qərar əsasında o Cəlilabad rayon reyestr xidmətinin işçiləri ilə birliktə həmin torpaq sahəsini ölçmək məqsədi ilə X2 Mənsimovun yaşadığı evə getmişlər, həmin vaxtı daxil olaraq Ruslanı çağıranda Ruslanın anası Zərərçəkmiş şəxs evdən çıxaraq Ruslanın evdə olmadığını söyləyərək onlara həyətdən çıxmaqlarını demiş, onlar da həyətdən çıxmışlar. Son olaraq bildirdi ki, o Rəvanəni döyməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, onun Şəxs ilə qohumluq əlaqələrinin olmasına baxmayaraq aralarında torpaq sahəsi ilə bağlı mübahisələr vardır. Yaşadığı kənddə onlara məxsus 0,96 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsini 2006-cı il tarixdə onun qaynatası X4 Məmmədovdan 1000 ABŞ dollarına almış, lakin qaynatası X4 Məmmədova inandığı üçün torpağı alması ilə bağlı sənədləşmə işləri görməmiş, hazırda isə bununla bağlı Cəlilabad rayon Məhkəməsində araşdırma aparılır. 29 mart 2024-cü il tarixdə yaşadığı evdə olan zaman Şəxs onun yaşadığı evin həyətinə daxil olaraq onun həyat yoldaşı Ruslan Mənsimovu səsləmiş, həyat yoldaşı Ruslan evdə olmadığı üçün özü həyətə çıxmışdır. Bu zaman həyətdə Ələşrəfi və tanımadığı iki nəfər şəxsi görmüşdür. O, onlardan nə üçün gəldiklərini soruşanda, həmin şəxslər cavabında “daşınmaz əmlakdan gəldiklərini və torpağı ölçəcəklərini” demişlər. Sonra o, həmin şəxslərə Ruslanın evdə olmadığını bildirmiş və həyətdən çıxmaqlarını istəmişdir. Ələşrəf və həmin iki nəfər şəxs həyətdən çıxaraq getmişlər. Bundan təxminən 30 dəqiqə sonra Ələşrəf yenidən onun yaşadığı evin həyətinə gəlmişdir. O, Ələşrəfə “görürsənki evdə heç kim yoxdur, nə üçün həyətimə gəlirsən” sözünü dedikdən sonra Ələşrəf onu təhqir edərək üzərinə getmiş, həmin vaxtı o evə daxil olmaq istəyəndə Ələşrəf arxadan ona yaxınlaşaraq saçından tutmuş və baş nahiyəsinə yumruqla vurmuşdur. Ona görə də Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin 01 aprel 2024-cü il tarixli, 209 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs hər iki bazu və sağ said nahiyəsində qançırlar müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 29 mart 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X3 Bölməsinin 05 aprel 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Şəxs inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında əzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-576/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-576/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver