Məhkəmə qərarları › İş №3(073)-579/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-579/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-579/2024 09.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakimi Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən Şəxs, Zərərçəkmiş şəxs Məmmədəli qızının iştirakı ilə, Şəxs – xx.xx.1979-cu il tarixdə Cəlilabad rayonu, Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 08 iyul 2024-cü il tarixdə yaşadığı ünvanda anası Zərərçəkmiş şəxs Məmmədəli qızına ucadan nalayiq ifadələrlə təqdir edərək ictimai qaydanı pozmuşdur. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirdi ki, o, 08 iyul 2024-cü il tarixdə içkili olduğuna görə aralarında mubahisə yaranmışdır. O, anasının ünvanına təhqiredici sözlər deməmişdir. Əməlindən səmimi peşmandır. Birdə belə hallara yol verməyəcəkdir. Qeyd edilənlərə nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Məmmədəli qızı izahatında bildirdi ki, Şəxs onun doğma oğludur və onlar bir yerdə yaşayırlar. Şəxs 08 iyul 2024-cü il tarixdə sərxoş vəziyyətdə evə gələrək onun ünvanına ucadan nalayiq ifadələr işlətmiş, bu hal mütamadi olduğuna görə o, polisə şikayət etmişdir. Hazırda Şəxs bağışlamır və barəsində həbslə bağlı cəza verilməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, zərərçəkmiş şəxslərin və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində həbs edilsin. İnzibati həbsetmənin əvvəli 09 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar