Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-580/2023 09.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon məhkəməsinin sədri Cəbrayılov Vüsal Adil oğlu, Cəlilabad Rayon Prokurorluğundan daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq Müəyyən etdi: Babaşov X3 Aşur Qabil oğlunu təkrar tibbi müayinədən keçirilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verərək 2022-ci ilin iyul ayında sonuncunun yaşadığı Cəlilabad rayonu Uzuntəpə kəndində X1 ona məxsus 250 manat məbləğində pul vəsaitini, özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Şəxs X2 təkrar tibbi müayinədən keçirilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verərək 2022-ci ilin iyul ayında SHÇDX-nın Cəlilabad rayon şöbəsinin inzibati binasının həyətində ona məxsus 500 manat məbləğində pul vəsaitini, özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Nəzərə alaraq ki, işin: - baxılması hakimin səlahiyyətinə - aiddir. - baxılması istisna edən hallar - yoxdur - protokol və işin digər materialları bu məcəllənin - tələblərinə uyğun tərtib – edilmişdir - icraatı rədd edən hallar – yoxdur - mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar – toplanmışdır - vəsatətlər və etirazlar – yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Cəlilabad rayon məhkəməsinin icraatında olan 3(073)-580/2023 saylı inzibati işin 3(073)-583/2023 saylı inzibati işlə birləşdirilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 417-420-ci maddələrini rəhbər tutaraq Qərar verdi: Cəlilabad rayon məhkəməsinin icraatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(073)-580/2023 saylı inzibati iş 3(073)-583/2023 saylı inzibati işə birləşdirilsin. İşə 09 iyun 2023-cü il tarixdə, saat 15:30-da Cəlilabad rayon məhkəməsinin binasında inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə baxılsın. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-580/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-580/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver