Məhkəmə qərarları › İş №3(073)-59/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-59/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-59/2023 24.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 10 000 (on min) Avro məbləğində vəsaiti 24 dekabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10 000 (on min) Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 25 dekabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında brəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X3 izahatında göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə SCM GROUP S.P.A. şirkəti arasında 400 000 dörd yüz min Avro dəyərində avadanlıqlar və həmin avdanlıqların hissələrinin alınması haqqında xx.xx.2019-cu il tarixli, 1501-G saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtərinə görə alıcı "xxxx" MMC müqavilədə nəzərdə tutulmuş tarixlərdə müəyyən edilmiş vəsaiti SCM GROUP S.P.A. şirkətinin hesabına köçürməyi, SCM GROUP S.P.A. şirkəti isə köçürülmüş məbləğə uyğun olaraq müqavilə ilə müəyyən edilmiş vaxtda avadanlıqları və onların hissələrini "xxxx" MMC-yə göndərməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə əsasında SCM GROUP S.P.A. şirkətinin hesabına "xxxx" MMC tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində olan hesabından 1 ədəd Stefani MD və 1 ədəd CX 100 m avadanlıqları üçün 1501-G saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixdə 10 000 (on min) Avro məbləğində vəsait köçürülmüşdür. Köçürülmüş vəsait müqabilində müqavilə üzrə idxal olunması nəzərdə tutulmuş həmin avadanlıqlar xx.xx.2021-ci il tarixdə gömrük vasitəsi ilə Azərbaycana daxil olmuş və həmin əşyaların yüklənməsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən icazə verilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli, **********6730 nömrəli X5 "xxxx" QSC-yə təqdim edilərək, müvafiq vəsaitin həmin bəyannamə üzrə icra olunması üçün müraciət edilmiş, lakin təqdim edilən həmin bəyannamədə texniki səhv olaraq ödənişin əsası kimi xx.xx.2019-cu il tarixli, C.2019.11.18-DAL nömrəli müqavilə qeyd edilmişdir. Bu səbəbdən, yəni xx.xx.2020-ci il tarixli köçürmə əməliyyatının əsası ilə müvafiq bəyannamədə əks olunmuş ödənişin əsası arasında uyğunsuzluq mövcud olduğundan **********6730 nömrəli X5 elektron hökümət portalında icra edilməmiş, nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 10 000 (on min) Avro məbləğində vəsait 24 dekabr 2020-ci il tarixdə xaricə köçürldükdən sonra 2 il müddət keçsə də, 10 000 (on min) Avro məbləğində vəsait hesabına alınan malların (xidməti) ölkəyə idxal edilməməsi və valyuta vəsaitinin geri qaytarılmaması kimi qəbul edilmişdir. Halbuki, "xxxx" MMC tərəfindən ödənilmiş 10 000 (on min) Avro müqabilində müqavilə üzrə idxal olunması nəzərdə avadanlıqlar vaxtında idxal edilmişdir. Buna görə də "xxxx" MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi barədə 16 yanvar 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi "xxxx" MMC tərəfindən heç bir inzibati xəta törədilməmş, qanunun tələbləri pozulmamışdır. "xxxx" MMC Azərbaycan Respublikasının müvafiq qanunları əsasında müqavilə bağlayaraq dəyərini Bank vasitəsilə ödəməklə xaricdən ölkəyə mal idxal etmişdir. Qeyd olunanların nəzərə alınaraq hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə SCM GROUP S.P.A. şirkəti arasında bağlanmış 1501-G saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən SCM GROUP S.P.A. şirkəti (ağac emalı üçün dəzgahları) malları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə malların dəyəri üçün 10000 (on min) Avro ödəməyi öz öhdələrinə götürmüşlər. İşdə olan köçürmə haqqında sənəddən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 1501-G saylı müqavilə üzrə SCM GROUP S.P.A. şirkətinin hesabına 10 000 (on min) Avro məbləğində vəsait köçürülmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli, **********6730 sorğu nömrəli bəyannamədən görünür ki, SCM GROUP S.P.A. şirkəti tərəfindən müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş ağac emalı üçün dəzgahlar və morbidelli cx-100 avadanlıqlar xx.xx.2021-ci il tarixdə Azərbaycn Respublikasına daxil olmuş və xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həmin malların yüklənməsinə icazə verilmişdir. İşdə olan "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyutada əməliyyatlarının aparılması» Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən "xxxx" MMC tərəfindən apardığı qabaqcadan ödəniş günündən 2 (iki) il keçsə də, malın ölkəyə daxil olması haqqında sənədlər Banka təqdim olunmamışdır. İşdə olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 16 yanvar 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad rayonunun Kürdlər kəndi ərazisində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 24 dekabr 2020-ci il tarixdə 10000 Avro məbləğində vəsaiti xaricə köçürmüş, lakin həmin vəsait hesabına alınan malları (xidməti) 2 il müddət müddət keçməsinə baxmayaraq ölkəyə idxal etməməmişdir. Bununla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" QSC-də olan hesab vasitəsi ilə xx.xx.2020-ci il tarixdə SCM Group şirkətinin bank hesabına 1501 G nömrəli müqavilə üzrə qabaqcadan ödəniş təyinatı ilə 10 000 (on min) Avro məbləğində vəsait köçürülmüşdür. xx.xx.2021-ci il tarixli, **********6730 nömrəli X5 "xxxx" QSC-yə təqdim edilərək, müvafiq vəsaitin həmin bəyannamə üzrə icra olunması üçün müraciət edilmiş, lakin təqdim edilən həmin bəyannamədə ödənişin əsası kimi xx.xx.2019-cu il tarixli, C.2019.11.18-DAL nömrəli müqavilə qeyd edilmişdir. Bu səbəbdən, yəni xx.xx.2020-ci il tarixli köçürmə əməliyyatının əsası ilə müvafiq bəyannamədə əks olunmuş ödənişin əsası arasında uyğunsuzluq mövcud olduğundan **********6730 sorğu nömrəli X5 elektron hökümət portalında icra edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə SCM GROUP S.P.A. şirkəti arasında 400 000 dörd yüz min Avro dəyərində avadanlıqlar və həmin avdanlıqların hissələrinin alınması haqqında xx.xx.2019-cu il tarixli, 1501-G saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtərinə görə alıcı "xxxx" MMC müqavilədə nəzərdə tutulmuş tarixlərdə müəyyən edilmiş vəsaiti SCM GROUP S.P.A. şirkətinin hesabına köçürməyi, SCM GROUP S.P.A. şirkəti isə köçürülmüş məbləğə uyğun olaraq müqavilə ilə müəyyən edilmiş vaxtda avadanlıqları və onların hissələrini "xxxx" MMC-yə göndərməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə əsasında SCM GROUP S.P.A. şirkətinin hesabına "xxxx" MMC tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində olan hesabından 1 ədəd Stefani MD və 1 ədəd CX 100 m avadanlıqları üçün 1501-G saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixdə 10 000 (on min) Avro məbləğində vəsait köçürülmüşdür. Köçürülmüş vəsait müqabilində müqavilə üzrə idxal olunması nəzərdə tutulmuş həmin avadanlıqlar xx.xx.2021-ci il tarixdə Azərbaycana daxil olmuş və həmin əşyaların yüklənməsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən icazə verilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli, **********6730 nömrəli X5 "xxxx" QSC-yə təqdim edilərək, müvafiq vəsaitin həmin bəyannamə üzrə icra olunması üçün müraciət edilmiş, lakin təqdim edilən həmin bəyannamədə texniki səhv olaraq ödənişin əsası kimi xx.xx.2019-cu il tarixli, C.2019.11.18-DAL nömrəli müqavilə qeyd edilmişdir. Bu səbəbdən, yəni xx.xx.2020-ci il tarixli köçürmə əməliyyatının əsası ilə müvafiq bəyannamədə əks olunmuş ödənişin əsası arasında uyğunsuzluq mövcud olduğundan **********6730 nömrəli X5 elektron hökümət portalında icra edilməmişdir. İş materiallarından müəyyən edilir ki. "xxxx" MMC tərəfindən ödənilmiş 10 000 (on min) Avro məbləğində vəsait müqabilində müqavilə üzrə idxal olunması nəzərdə avadanlıqlar vaxtında idxal edilmişdir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmamışdır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankının 16 yanvar 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair "xxxx" MMC-in barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar