Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-59/2025 03.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-in DYP Web Portalından çıxarışından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixli, EQ 21358182 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 (on) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində çıxarılmış inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarları icra etməmiş və buna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətalara görə cərimə olunduğu məbləğləri qanunla müəyyən olunmuş müddətdə ödəmədiyindən nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov İş № 3(073)-45/2025 Birinci instansiya məhkəməsində məhkəmə baxışı iclasının protokolu Cəlilabad Rayon Məhkəməsi 27 yanvar 2025-ci il Cəlilabad şəhəri X4 Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat apırlan şəxs X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 16:00-da açılır. Sədrlik edən məhkəmə iclasını açaraq hansı işə baxılacağını elan edir. Sədrlik edən iş üzrə kimlərin gəldiyini aydınlaşdırır və məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclasının katibi bildirir ki, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə yerində qısa müşavirə edərək, qərara alır: İşə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı olmadan baxılması mümkün hesab edilsin və məhkəmə iclası davam etdirilsin. Sədrlik edən iş materiallarını nəzərdən keçirir və inzibati xəta haqqında protokolu oxuyub elan edir. Sədrlik edən müşavirə otağına gedir və qayıdaraq qərarı elan edir. Sədrlik edən qərardan şikayət vermək qaydasını və müddətini izah edir. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Protokol 27 yanvar 2025-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Məhkəmə iclasının katibi: AZƏRBAYCAN RESPUBLİKASİ CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ1500 Telefon: 025-24-5-26-00 Cəlilabad şəhər H.Əliyev prospekti 286 Faks: 025-24-5-34-37 « 19 » yanvar 2023-cü il № 3(073)-27/2023 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə Ünvan: Bakı şəhəri Xırdalan-Binəqədi şossesi 4 Surəti: Cəlilabad Rayon Polis Şöbəsinə Ünvan: Cəlilabad şəhəri, H.Əliyev prospekti 164 Surəti: X2 Ünvan: Cəlilabad rayonu, Alar kəndi Cəlilabad Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 3(073)-27/2023 saylı qərarının surəti məlumat üçün sizə göndərilir. Hörmətlə, Sədr: Vüsal Cəbrayılov AZƏRBAYCAN RESPUBLİKASİ CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ1500 Telefon: 025-24-5-26-00 Cəlilabad şəhər H.Əliyev prospekti 286 Faks: 025-24-5-34-37 « 01 » dekabr 2022-ci il № 3(073)-27/2023 Cəlilabad Rayon Prokuroru, ədliyyə müşaviri cənab Vahid Məmmədova Hörmətli Vahid müəllim! Cəlilabad Rayon Məhkəməsinin 19 yanvar 2023-ci il tarixli, 3(073)-27/2023 saylı qərarının surəti məlumat üçün sizə göndərilir. Qoşma: Qərarın surəti 02 vərəqədə Hörmətlə, Sədr: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-59/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-59/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver