Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-590/2023 12.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9, Zərərçəkmiş şəxs (tələbkar) X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Cəlilabad rayonunun Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Günəşli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Bağırov X6 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-650/2021 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-650/2021 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs, X4 və X3 3 800 manat dəyərində yataq dəsti (1 ədəd dolab, 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd termo, servant, 8 ədəd stol, 1 ədəd masa), 320 manat dəyərində 1 ədəd divan, 120 manat dəyərində 1 ədəd jurnal mizi, 700 manat dəyərində televizor və altlığı, 1000 manat dəyərində servant qabları, 100 manat dəyərində 2 ədəd meyvə qabı, 50 manat dəyərində 2 ədəd konfet qabı, 100 manat dəyərində 1 ədəd bagema güldan, 100 manat dəyərində 1 dəst su pirvanisi, 50 manat dəyərində 1 dəst araq pirvanisi, 250 manat dəyərində bagema nahar çay dəsti, 100 manat dəyərində kofe dəsti, 300 manat dəyərində yemək dəsti, 150 manat dəyərində 3 dəst yorğan-döşək, 200 manat dəyərində 8 ədəd balış, 150 manat dəyərində 8 ədəd nalça, 200 manat dəyərində 5 ədəd odeyal, 200 manat dəyərində 2 ədəd xalça, 300 manat dəyərində 6 metr pərdə karniz, 200 manat dəyərində 1 ədəd çilçıraq, 50 manat dəyərində 1 ədəd saat, 50 manat dəyərində 6 ədəd bədən dəsmalı, 30 manat dəyərində 24 ədəd üz dəsmalı, 10 manat dəyərində 12 ədəd çay dəsmalı, 100 manat dəyərində 2 dəst qazan, 40 manat dəyərində 2 ədəd çuqun vedrə, 20 manat dəyərində 2 ədəd dəmir vedrə, 40 manat dəyərində 2 ədəd çuqun ləyən, 50 manat dəyərində 2 ədəd nikeli ləyən, 20 manat dəyərində 2 ədəd nikel qorapalan, 100 manat dəyərində 1 ədəd duxovka, 100 manat dəyərində 1 ədəd ət maşını, 30 manat dəyərində 1 ədəd mikser, 100 manat dəyərində 1 ədəd tozsoran, 100 manat dəyərində 1 ədəd ütü və altlığı, 120 manat dəyərində 2 ədəd çuqun qəfədan, 20 manat dəyərində 1 ədəd soğan çəkən, 20 manat dəyərində 1 ədəd ləpə çəkən, 60 manat dəyərində 2 dəst çay dəsti (12 ədəd), 20 manat dəyərində 12 ədəd xörək qabı, 20 manat dəyərində 12 ədəd souz qabı, 25 manat dəyərində 12 ədəd kabab qabı, 20 manat dəyərində 12 ədəd salat qabı, 20 manat dəyərində 12 ədəd qəliyə qabı, 40 manat dəyərində 4 ədəd bulud qabı, 20 manat dəyərində 2 ədəd ləbləbi qabı, 20 manat dəyərində 6 ədəd ləpə qabı, 20 manat dəyərində 1 dəst su qabı, 30 manat dəyərində 6 ədəd rumka, 50 manat dəyərində 6 ədəd xrustal şirə (sok) qabı, 40 manat dəyərində 6 ədəd xrustal araq qabı, 40 manat dəyərində 6 ədəd xrustal rumka,100 manat dəyərində 6 ədəd xrustal qənd qabı, 50 manat dəyərində 2 ədəd xrustal mürəbbə qabı, 50 manat dəyərində 6 ədəd xrustal razetka qabı, 20 manat dəyərində 12 ədəd böyük qaşıq, 15 manat dəyərində 12 ədəd kiçik qaşıq, 7 manat dəyərində 2 ədəd çörək qabı, 30 manat dəyərində 12 ədəd çəngəl, 40 manat dəyərində bıçaq dəsti,20 manat dəyərində 4 dəst meyvə bıçağı, 60 manat dəyərində 12 ədəd xrustal stəkan, 60 manat dəyərində 12 ədəd nəlbəki, 30 manat dəyərində 12 ədəd xrustal duz qabı natura şəklində, 1500 (bir min beş yüz) manat dəyərində cəmi çəkisi 30 qram olan boyunbağı, qolbağı, üzük və sırğadan ibarət qızıl dəstinin və 200 (iki yüz) manat dəyərində 4 qramlıq qızıl nişan üzüyünün dəyəri alınıb iddiaçı X5 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı borclulara bildiriş göndərilmişdir. İcra vərəqəsi cehiz əmlakı tələbinə dair hissədə icra edilsə də, borclu Şəxs icra vərəqəsində göstərilən 1700 manat dəyərində qızıl-zinət əşyalarının dəyərini ödəməkdən qərəzli olaraq yayınmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-650/2021 saylı icra vərəqəsinə əsasən cavabdehlər X4, X3 və ondan 3 800 manat dəyərində yataq dəsti (1 ədəd dolab, 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd termo, servant, 8 ədəd stol, 1 ədəd masa), 320 manat dəyərində 1 ədəd divan, 120 manat dəyərində 1 ədəd jurnal mizi, 700 manat dəyərində televizor və altlığı, 1000 manat dəyərində servant qabları, 100 manat dəyərində 2 ədəd meyvə qabı, 50 manat dəyərində 2 ədəd konfet qabı, 100 manat dəyərində 1 ədəd bagema güldan, 100 manat dəyərində 1 dəst su pirvanisi, 50 manat dəyərində 1 dəst araq pirvanisi, 250 manat dəyərində bagema nahar çay dəsti, 100 manat dəyərində kofe dəsti, 300 manat dəyərində yemək dəsti, 150 manat dəyərində 3 dəst yorğan-döşək, 200 manat dəyərində 8 ədəd balış, 150 manat dəyərində 8 ədəd nalça, 200 manat dəyərində 5 ədəd odeyal, 200 manat dəyərində 2 ədəd xalça, 300 manat dəyərində 6 metr pərdə karniz, 200 manat dəyərində 1 ədəd çilçıraq, 50 manat dəyərində 1 ədəd saat, 50 manat dəyərində 6 ədəd bədən dəsmalı, 30 manat dəyərində 24 ədəd üz dəsmalı, 10 manat dəyərində 12 ədəd çay dəsmalı, 100 manat dəyərində 2 dəst qazan, 40 manat dəyərində 2 ədəd çuqun vedrə, 20 manat dəyərində 2 ədəd dəmir vedrə, 40 manat dəyərində 2 ədəd çuqun ləyən, 50 manat dəyərində 2 ədəd nikeli ləyən, 20 manat dəyərində 2 ədəd nikel qorapalan, 100 manat dəyərində 1 ədəd duxovka, 100 manat dəyərində 1 ədəd ət maşını, 30 manat dəyərində 1 ədəd mikser, 100 manat dəyərində 1 ədəd tozsoran, 100 manat dəyərində 1 ədəd ütü və altlığı, 120 manat dəyərində 2 ədəd çuqun qəfədan, 20 manat dəyərində 1 ədəd soğan çəkən, 20 manat dəyərində 1 ədəd ləpə çəkən, 60 manat dəyərində 2 dəst çay dəsti (12 ədəd), 20 manat dəyərində 12 ədəd xörək qabı, 20 manat dəyərində 12 ədəd souz qabı, 25 manat dəyərində 12 ədəd kabab qabı, 20 manat dəyərində 12 ədəd salat qabı, 20 manat dəyərində 12 ədəd qəliyə qabı, 40 manat dəyərində 4 ədəd bulud qabı, 20 manat dəyərində 2 ədəd ləbləbi qabı, 20 manat dəyərində 6 ədəd ləpə qabı, 20 manat dəyərində 1 dəst su qabı, 30 manat dəyərində 6 ədəd rumka, 50 manat dəyərində 6 ədəd xrustal şirə (sok) qabı, 40 manat dəyərində 6 ədəd xrustal araq qabı, 40 manat dəyərində 6 ədəd xrustal rumka,100 manat dəyərində 6 ədəd xrustal qənd qabı, 50 manat dəyərində 2 ədəd xrustal mürəbbə qabı, 50 manat dəyərində 6 ədəd xrustal razetka qabı, 20 manat dəyərində 12 ədəd böyük qaşıq, 15 manat dəyərində 12 ədəd kiçik qaşıq, 7 manat dəyərində 2 ədəd çörək qabı, 30 manat dəyərində 12 ədəd çəngəl, 40 manat dəyərində bıçaq dəsti,20 manat dəyərində 4 dəst meyvə bıçağı, 60 manat dəyərində 12 ədəd xrustal stəkan, 60 manat dəyərində 12 ədəd nəlbəki, 30 manat dəyərində 12 ədəd xrustal duz qabı natura şəklində, 1500 (bir min beş yüz) manat dəyərində cəmi çəkisi 30 qram olan boyunbağı, qolbağı, üzük və sırğadan ibarət qızıl dəstinin və 200 (iki yüz) manat dəyərində 4 qramlıq qızıl nişan üzüyünün dəyəri alınıb iddiaçı X5 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı ona bildiriş göndərilmişdir. İcra vərəqəsi cehiz əmlakı tələbinə dair hissədə icra edilsə də, o, icra vərəqəsində göstərilən 1700 manat dəyərində qızıl-zinət əşyalarının dəyərini maddi imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X8 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-650/2021 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs, X4 və X3 3 800 manat dəyərində yataq dəsti (1 ədəd dolab, 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd termo, servant, 8 ədəd stol, 1 ədəd masa), 320 manat dəyərində 1 ədəd divan, 120 manat dəyərində 1 ədəd jurnal mizi, 700 manat dəyərində televizor və altlığı, 1000 manat dəyərində servant qabları, 100 manat dəyərində 2 ədəd meyvə qabı, 50 manat dəyərində 2 ədəd konfet qabı, 100 manat dəyərində 1 ədəd bagema güldan, 100 manat dəyərində 1 dəst su pirvanisi, 50 manat dəyərində 1 dəst araq pirvanisi, 250 manat dəyərində bagema nahar çay dəsti, 100 manat dəyərində kofe dəsti, 300 manat dəyərində yemək dəsti, 150 manat dəyərində 3 dəst yorğan-döşək, 200 manat dəyərində 8 ədəd balış, 150 manat dəyərində 8 ədəd nalça, 200 manat dəyərində 5 ədəd odeyal, 200 manat dəyərində 2 ədəd xalça, 300 manat dəyərində 6 metr pərdə karniz, 200 manat dəyərində 1 ədəd çilçıraq, 50 manat dəyərində 1 ədəd saat, 50 manat dəyərində 6 ədəd bədən dəsmalı, 30 manat dəyərində 24 ədəd üz dəsmalı, 10 manat dəyərində 12 ədəd çay dəsmalı, 100 manat dəyərində 2 dəst qazan, 40 manat dəyərində 2 ədəd çuqun vedrə, 20 manat dəyərində 2 ədəd dəmir vedrə, 40 manat dəyərində 2 ədəd çuqun ləyən, 50 manat dəyərində 2 ədəd nikeli ləyən, 20 manat dəyərində 2 ədəd nikel qorapalan, 100 manat dəyərində 1 ədəd duxovka, 100 manat dəyərində 1 ədəd ət maşını, 30 manat dəyərində 1 ədəd mikser, 100 manat dəyərində 1 ədəd tozsoran, 100 manat dəyərində 1 ədəd ütü və altlığı, 120 manat dəyərində 2 ədəd çuqun qəfədan, 20 manat dəyərində 1 ədəd soğan çəkən, 20 manat dəyərində 1 ədəd ləpə çəkən, 60 manat dəyərində 2 dəst çay dəsti (12 ədəd), 20 manat dəyərində 12 ədəd xörək qabı, 20 manat dəyərində 12 ədəd souz qabı, 25 manat dəyərində 12 ədəd kabab qabı, 20 manat dəyərində 12 ədəd salat qabı, 20 manat dəyərində 12 ədəd qəliyə qabı, 40 manat dəyərində 4 ədəd bulud qabı, 20 manat dəyərində 2 ədəd ləbləbi qabı, 20 manat dəyərində 6 ədəd ləpə qabı, 20 manat dəyərində 1 dəst su qabı, 30 manat dəyərində 6 ədəd rumka, 50 manat dəyərində 6 ədəd xrustal şirə (sok) qabı, 40 manat dəyərində 6 ədəd xrustal araq qabı, 40 manat dəyərində 6 ədəd xrustal rumka,100 manat dəyərində 6 ədəd xrustal qənd qabı, 50 manat dəyərində 2 ədəd xrustal mürəbbə qabı, 50 manat dəyərində 6 ədəd xrustal razetka qabı, 20 manat dəyərində 12 ədəd böyük qaşıq, 15 manat dəyərində 12 ədəd kiçik qaşıq, 7 manat dəyərində 2 ədəd çörək qabı, 30 manat dəyərində 12 ədəd çəngəl, 40 manat dəyərində bıçaq dəsti,20 manat dəyərində 4 dəst meyvə bıçağı, 60 manat dəyərində 12 ədəd xrustal stəkan, 60 manat dəyərində 12 ədəd nəlbəki, 30 manat dəyərində 12 ədəd xrustal duz qabı natura şəklində, 1500 (bir min beş yüz) manat dəyərində cəmi çəkisi 30 qram olan boyunbağı, qolbağı, üzük və sırğadan ibarət qızıl dəstinin və 200 (iki yüz) manat dəyərində 4 qramlıq qızıl nişan üzüyünün dəyəri alınıb ona verilməlidir. Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İcra vərəqəsi cehiz əmlakı tələbinə dair hissədə icra edilsə də, borclu Şəxs icra vərəqəsində göstərilən 1700 manat dəyərində qızıl-zinət əşyalarının dəyərini ödəməkdən yayınmışdır. Şəxs dəfələrlə həmin borcunu ödəməsini tələb etmiş, lakin borclu maddi imkanı olmasına baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Hazırda da cavabdeh müxtəlif bəhanələrlə icra sənədinin icrasından boyun qaçırır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 həbsdə saxlama müddətinin əvvəli 12 iyun 2023-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(073)-590/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-590/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver