Məhkəmə qərarları › İş №3(073)-590/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-590/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-590/2025 12.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Cəlilabad rayon X12 Patrul Xidməti inspektoru polis serjantı X4 iştarkı ilə, Cəlilabad rayon X12 Patrul Xidməti inspektoru polis serjantı X7 tərəfindən qəbul edilmiş 23 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair X8 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, Müəyyən etdi: X1 rayon X12 Patrul Xidməti inspektoru polis serjantı X7 tərəfindən qəbul edilmiş 23 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X8 izahatında göstərdi ki, 23 aprel 2025-ci il tarixdə idarə etdiyi “X13” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən yolun sağında dayanan avtomobil yolun boş olub-olmadığına fikir vermədən və müvafiq dönmə işıqlarından istifadə etmədən birdənbirə onun hərəkət zolağına çıxmış. Aralarındakı məsafə az olduğundan o yol nəqliyyat hadisəsi baş verməməsin deyə hadisədən yayınmaq üçün avyomobili nisbətən sola istiqmətləndirib keçib getmişdir. Həmin vaxtı yaxınlıqda olan və bunu görən Cəlilabad rayonu Polis Şöbəsinin DYPB-nin YPX inspektoru X8 onun avtomobilini saxlatdırıb, ona ötmə əməliyyatı etdiyini və qəza şəraiti yaratdığını bildirdi. O isə ona izah etdi ki, qəza şəraitini o yox, digər avtomobil yaratmışdır. Lakin YPX inspektoru X8 yük avtomobilini yox, onu saxlayıb, heç bir foto və video görüntü olmadan onun barəsində Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edərək 100 (bir yüz) manat cərimə etmişdir. Sonra izah etmişlər ki, qərardan narazısansa məhkəməyə müraciət etmək hüququ var. O həmin qərarla razılaşmır, həmin qərar tam əsassızdır ona görə də ləğv olunmalıdır. Onun həmin qərarı 22 may 2025-ci il tarixdə əldə etdikdən sonra məhkəməyə şikayət verə bilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi-Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşman yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati xətanı nəzərdə tutur. O isə bu qayda pozuntularının heç birini törətməmiş, və ona əsassız olaraq heç bir sübut olmadan Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi ilə cərimə yazılıb. Qeyd olunana əsasən Azərbaycan Respulikası İnzibati Xətala Məcəlləsinin 8.1, 8.3, 53.2, 76.1, 104.1, 109.2 və 128.2.3-cü maddələrinə əsasən Cəlilabad rayon X12 Patrul Xidməti inspektoru polis serjantı X7 tərəfindən qəbul edilmiş 23 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cəlilabad rayon X12 Patrul Xidməti inspektoru polis serjantı X7 izahatında göstərdi ki, 23 aprel 2025-ci il tarixdə X3 idarə etdiyi “X13” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cəlilabad şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən yolun sağı ilə hərəkətdə olan avtomobili ötmə qaydalarını pozduğu üçün tərəfindən onun avtomobilini saxlanılıb, ona ötmə əməliyyatı etdiyini və qəza şəraiti yaratdığını bildirdi. X2 isə öz növbəsində onunla razılaşmayarq qəza şəraitini o yox, digər avtomobil yaratığını bildirdi, lakin X5 ötmə əməliyyatı etdiyini və qəza şəraiti yaratdığını foto və video görüntü ilə də təstiq olunduğunu göstərdi. Ona görə də X2nun barəsində Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edərək 100 (bir yüz) manat cərimə tətbiq olundu və ona izah edildi ki, qərardan narazı qaldığı halda məhkəməyə müraciət etmək hüququ var. Qeyd olunana əsasən şikayətin təmin olunmamasını məhkəmdən xahiş etdi. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Cəlilabad rayon X12 Patrul Xidməti inspektoru polis serjantı X7 tərəfindən qəbul edilmiş 23 aprel 2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, 23 aprel 2025-ci il tarixdə saat 08:30da X8 idarə etdiyi “X13” markalı **-MB-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında qəbul olunmuş 23 aprel 2025-ci il tarixli qərarla X8 inzibati məsuliyyətə cəlb edilərək 327.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Məhkəmə iclasında iş materiallarında olan video materiala baxış zamanı 23 aprel 2025-ci il tarixdə saat 08:30-da X8 idarə etdiyi “X13” markalı **-MB-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci addəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, X3 barəsində 23 aprel 2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında Cəlilabad rayon X12 Patrul Xidməti inspektoru polis serjantı X7 tərəfindən imzalanmış 23 aprel 2025-ci il tarixli inzibati qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə… Qərara aldı: X3 barəsində 23 aprel 2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında Cəlilabad rayon X12 Patrul Xidməti inspektoru polis serjantı X7 tərəfindən imzalanmış 23 aprel 2025-ci il tarixli inzibati qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar