Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-591/2025 12.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştrakı ilə, Dalğa-94» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş X5 materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən 19 may 2025-ci il tarixli, EP ******* saylı protokol daxil olmuşdur. X5 19 may 2025-ci il tarixli, EP ******* saylı protokoldan görünür ki, idxalçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına Çın Xalq Respublikasından CBHU ******* (barkod: **********01993) nömrəli konteynerdə (94317237 nömrəli vaqonun üzərində) göndərilən yük xx.xx.2025-ci il tarixdə “Abşeron” gömrük postunun ərazisinə daxil olmuş, idxal olunan yüklərə dair gömürük bəyannaməsi GM-nin 149.3-cü maddəsinə əsasən 15 (on beş) gündən güc olmayaraq gömürük orqanına təqdim etməli olduöu halda, qeyd olunan yükə aid gömrük bəyyənnaməsi təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdən (saat 22:26 radələrində) 15 (on beş) gün müddətində Azərbaycan Respublikasnın gömrük ərazisinə gətirilən sözügedən mallara dair gömrük bəyənnamsəi Bakı Baş Gömrük İdarəsinə təqdim edilməmişdir, lakin 15 (on beş) gündən sonra, xx.xx.2025-ci il tarixdə saat 10:07 radələrində qeyd olunan yüklərin rəsimləşdirilməsi ilə bağlı **********0752 sorğu nömrəli gömrük bəyənnaməsi gömrük orqanına təqdim olunmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Nəticədə "xxxx" MMC-nin barəsində İXM-in 493cü maddəsində nəzərdə tutulmuş X5 protokol tərtib edilərək Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində X5 iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, "xxxx" MMC-nin barəsində Azərbacan Respublikası Gömrük Məcələsinin 149.3-cü maddəsinə əsaslanaraq İXM-nin 493-cü maddəsinin tətbiq edilməsi ilə bağlı qərarla razı deyillər. Belə ki, Gömrük Məcələsinin 149.3-cü maddəsinin tətbiqi yalnış olmuşdur, çünki, Gömrük Məcələsinin 149.3-cü maddəsində göstərilir ki, gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyənnaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili trazit xüsusi gömrük prosesduru həyata keçririldikdə isə təyinat gömrük orqanına təqdim etdiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Bu maddə yalnız daxili tranzit prosesduru ilə əlaqəli vəziyyətdə tətbiq oluna bilər. Bu isə, Gömrük Məcəlləsinin 175.1-ci maddəsində göstərdiyi kimi, malların gömrük ərazisinin bir yerindən başqa yerinə daşınmasını nəzərdə tutur. Eyni qaydada Nazirlər Kabinetinin müvafiq qərarının 7.1-ci bəndində də bu barədə qeyd olunmuşdur ki, daxili tranzit xüsusi gömrük prosesduru daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması, ərazi daxili yerlərdə dəyişməsidir, ərazidən ixrac yox. Daxil olmuş məhsulun deyil, daxili malların statusunu dəyişmədən gömrük ərazisindəki yerdəyişməsidir. Gömrük Məcəlləsinin 149.3-cü maddəsi yalnız gömrük ərazisində hərəkət edən daxili malların, onların daxili tranzit proseduru altında hərəkətinə aiddir. Tətbiq edilməli olan maddə Gömrük Məcəlləsinin 149.6-cı maddəsi olmalı idir. Çünki mallar gömrük ərazisindən ixrac edilib hər hansı bir daxili tranzit proseduru həyata keçrilməyib. Bu səbəblə, bəyənnamənin təqdim olunması ilə bağlı düzgün istinad edilməli olan maddə Gömrük Məcəlləsini 149.6-cı maddəsi olmalıdır. Həmin maddədə deyilir “Gömrük ərazisindən aparılan mallara dair gömrük bəyannaməsi həmin mallar ərazisindən çıxarılarkən verilməlidir.” Şirkət tərəfindən bu maddənin tələblərinə riayət olunmuş, malların ixracı zamanı müvafiq gömrük bəyənnaməsi təqdim olunmuşdur. Həmçinin, idxal malları gömrük ərazisinə xx.xx.2025-ci il tarixdə daxil olmuş və Novruz bayramı günlərindən sonra xx.xx.2025-ci ildə gömrük bəyənnaməsi gömrük orqanına təqdim edilmişdir və 2 gün gecikmə olmuşdur. Dalğa 94” MMC-nin barəsində İXM-nin 493-cü maddəsinin tətbiq olunması hüquqi cəhətdən əsasızdır və protokolun ləğv edilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Gömrük postunun rəisi, gömrük xidmət mayoru Elməddin Abdullayev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-33-1100/022/009122 raportdan görünür ki, idxalşı "xxxx" MMC-nin adına X4 CBHU8510677 (barkod: **********01993) nömrəli konteynerlə yük xx.xx.2025-ci il tarixdə “Abşeron” gömrük postunun ərazisinə daxil olmuşdur. İdaxal olununan yüklərə dair gömrük bəyənnaməsi Gömrük Məcəlləsinin 149.3cü maddəsinə əsasən 15 (on beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməli olduğu halda, qeyd olunan yükə aid gömrük bəyənnamsi hələ də təqdim edilməmişdir. Konteyner hal-hazırda yüklü vəziyyətdə “Abşeron” gömrük postunda yerləşir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən mallara dair gömrük bəyannaməsinin forması və onun doldurulma Qaydalarının təsdiq edilməsi haqqında” Qərarın 3.6-cı bəndinə əsasən, bu qaydaların 3.5-ci bəndində göstərilən hallarda malların gömrük ərazisinə daxil olduğu gündən etibarən 15 (on beş) gün müddətində mallara dair gömrük bəyannaməsi və onunla birgə təqdim edilməli olan sənədlər gömrük orqanına təqdim edilmədikdə, bu mallar gömrük orqanına təqdim edilməmiş mallar kimi qiymətləndirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X5 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X5 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində İXM-in 493-cü maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-591/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-591/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver