Məhkəmə qərarları › İş №3(073)-594/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-594/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-594/2023 14.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, Şəxs-xx.xx.1955-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Cəlilabad rayon Astanlı kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə 14 iyun 2023cü il tarixdə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11.40-da Cəlilabad şəhəri Qurtuluş prospektində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan «Opel» markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən X2 idarə etdiyi «Mercedes Benz E220» markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində «Opel» markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili Cəlilabad şəhər Qurtuluş prospektindən Sabirabad kəndi istiqamətinə hərəkət etdirən zaman xəbərdaredici işığı yandırıb yolun sol hissəsinə keçmək istəyən zaman qarşıdan gələn X2 idarə etdiyi «Mercedes Benz E220» markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə çıxmış, həmin vaxt avtomobilinin mühərriyi sönmüş, nəticədə «Mercedes Benz E220» markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi onun avtomobilinin sağ tərəfinə dəymişdir. Əməlindən səmimi peşman olduğunu, qarşı tərəfə dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödəniləcəyini bildirərək, məhkəmədən ona köməklik edilərək, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi «Mercedes Benz E220» markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilə Cəlilabad şəhər Qurtuluş prospekti ilə dairə istiqamətinə hərəkətdə olan zaman Cəlilabad şəhər sakini X1 idarə etidiyi «Opel» markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil anidən qarşı yoldan ağ xəttin tələbini pozaraq qarşısında manevr etmiş, onun hərəkət istiqamətinə çıxaraq onunla toqquşmuşdur. Nəticədə ona məxsus avtomaşına 2165 manat zərər dəymişdir. Həmçinin hadisə zamanı onun avtomobilində arxa oturacaqda əyləşmiş həyat yoldaşı X6 da sol çiynindən, dodaq və ağız nahiyyəsindən ciddi xəsarətlər almışdır. Sığorta şikəti tərəfindən ona 1400 manat pul hesablansa da, həmin məbləğlə razı deyildir. Avtomaşını ciddi zədə aldığı üçün satış qiyməti dəyəri aşağı düşmüşdür. Ona dəymiş maddi və mənəvi ziyanla bağlı məhkəmədə mülki qayda da ayrıca iddia qaldıracağını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu və onun barəsində qanuni cəza verilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, zərərçəkmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Materiala əlavə olunmuş “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 11 iyun 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 426 nömrəli rəyinin surətindən görünür ki, X4 aşağı və yuxarı dodağın selikli qişasında qansızma və sol bazu nahiyyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Azərbaycan Respulikası İXMnin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar