Məhkəmə qərarları › İş №3(073)-595/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-595/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-595/2023 13.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs oğlunun iştirakı ilə, Şəxs – xx.xx.1996-ci ildə Cəlilabad rayonu, Sərhədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Sərhədabad kəndində qeydiyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 13 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, nənəsi Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, Nənəsi Telnaz ilə aralarında mübahisə olduğu üçün onu danışdırmır. Babası Mirsəttar yaşadığı evi onun anası Xalidənin adına keçirdiyi üçün nənəsi Telnaz onların barəsində qərəzli olaraq şikayət etmişdir. 2023-cü ilin aprel ayında nənəsi və xalası onun barəsində qərəzli olaraq yalandan şikayət etmişdirlər. O, hazırda ailəsi ilə birlikdə qaynatasının evində yaşayır. Anası isə Sərhədabad kndində yaşayır. xx.xx.2023-cü il tarixdə anası Xalidə ona zəng edib ocağa qurban aparmaq lazım olmasını, qurbanı kəsdirməsini demiş o, da Sərhədabad kəndinə getmiş, lakin nənəsi Telnaz onu görən kimi öz-özünə deyinməyə başlamış o, nənəsinə əhəmiyyət verməyib qurbanılq quzunu maşına qoyaraq orda nuzaqlaşmışdır. O, nənəsi Telnazla danışmamış və ona heç bir xəsarət yetirməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, qızı Xalidə onların xəbəri olmadan atasını notariusa apararaq onların yaşadığı evi öz adına keçirmiş, buna görədə aralarında mübahisələri olur və o, Xalidənin oğlu Mübarizin onun evinə gəlməsini istəmir. xx.xx.2023-cü il tarixdə həyət yoldaşı və qızı Xalidə ilə birlikdə evdə olan vaxtı Xalidə ilə aralarında sözlə mübahisə olmuş, bu zaman Xalidənin oğlu Mübariz həyətə gələn kimi onun üstünə gələrək onu təhqir etmiş, o, Mübarizə gəlməməsini, çıxıb getməsini deyəndə Mübariz onun sağ qolundan tutaraq itələmiş və ölsəydin canımız qurtarardı sözünü demişdir. Mübariz onun qolundan tutub itələdiyi üçün o, qolundan xəsarət almış və bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişlər. Ona görə də Şəxs barəsində inzibati qaydada tənbeh tədbiri görülməsini xahiş etdi. Şəxs əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmiş şəxsin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 406 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sağ və sol said nahiyyəsində sıyrıqlar müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X1 Bölməsinin 02 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar