Məhkəmə qərarları › İş №3(073)-599/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-599/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-599/2023 14.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Zərərçəkmiş şəxs (tələbkar) X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Cəlilabad rayonunun Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Göytəpə şəhəri F.Bayramov küçəsi ev 58-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Masallı rayon məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(050)-165/2023 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 verdiyi izahatında göstərmişdir ki, Masallı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)- 211/2020 saylı icra vərəqəsinə əsasən 29 oktyabr 2019-cu il tarixdən başlayaraq 26 sentyabr 2018-ci təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 80 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməlidir. Bundan başqa Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-165/2023 saylı icra vərəqəsinə əsasən 26 sentyabr 2018-ci təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borcludan icra vərəqəsində göstərilən tələbi icra etməsi tələb olunmuş, borclu maddi imkanının olmadığını bildirərək, icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Buna görə də barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məykəməyə verilmiş, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Bundan sonra da Şəxs icra sənədi üzrə yaranmış borcunu ödəməkdən qəsdən və qərəzli olaraq yayınmışdır. Hazırda icra sənədi üzrə borclunun tələbkara 1450 manat ödənilməmiş aliment borcu vardır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, Masallı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-211/2020 saylı icra vərəqəsinə əsasən 29 oktyabr 2019-cu il tarixdən başlayaraq 26 sentyabr 2018-ci təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 80 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməlidir. Bundan başqa Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-165/2023 saylı icra vərəqəsinə əsasən 26 sentyabr 2018-ci təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 150 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı ona bildiriş göndərilmişdir. Maddi imkanı olmadığından icra sənədini tam icra etməsi mümkün olmamışdır. Hazırda da yaranmış borcunu birdəfəyə ödəmək iqtidarında deyildir. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X4 verdiyi izahatında göstərmişdir ki, Masallı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-211/2020 saylı icra vərəqəsinə əsasən 29 oktyabr 2019-cu il tarixdən başlayaraq 26 sentyabr 2018-ci təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 80 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməlidir. Bundan başqa Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-165/2023 saylı icra vərəqəsinə əsasən 26 sentyabr 2018-ci təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 150 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməlidir. Masallı Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Cavabdeh Şəxs müxtəlif bəhanələr gətirərək, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Şəxs dəfələrlə həmin borcunu ödəməsini tələb etmiş, lakin borclu maddi imkanı olmasına baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Buna görə də barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məykəməyə verilmiş, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Bundan sonra da Şəxs icra sənədi üzrə yaranmış borcunu ödəməkdən qəsdən və qərəzli olaraq yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli 14 iyun 2023-cü il tarixdən, saat 12:40-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar