Məhkəmə qərarları › İş №3(073)-605/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-605/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-605/2024 17.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlununu sədrliyi, Məhkəmə iclasının katibi X4, X1 iştirakı ilə, Cəlilabad RPŞ-nin DYPB-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan X7 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şikayətçi X2 RPŞ-nin DYPB-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək Cəlilabad RPŞ-nin DYPB-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsinə baxılmasını istəmədiyini bildirmiş və ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və X5 ərizəsini nəzərdən keçirərək, hesab edir ki, X1 Cəlilabad RPŞ-nin DYPB-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə verdiyi ərizə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq məhkəmə, qərara aldı: X1 Cəlilabad RPŞ-nin DYPB-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə verdiyi ərizə geri qaytarılsın. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar