Məhkəmə qərarları › İş №3(073)-607/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-607/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-607/2023 20.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs Qardaş oğlunun və Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs Qardaş oğlu – xx.xx.1957-ci ildə Cəlilabad rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ali təhsilli, Azərişıq ASC-nin Cənub RETSİ-X1 baş mühəndisi vəzifəsində işləyən, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: N-22/6İB-23 saylı inzibati xəta haqqında araşdırma materialdan görünür ki, Şəxs Qardaş oğlu xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində Azərişıq ASC-nin Cənub RETSİ-X1 Enerji satış şöbəsində aparı mühəndis fəzifəsində işəyən Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı onu sol qulaq və sol diz nahiyyəsinə vuraraq ona dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Qardaş oğlu Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Qardaş oğlunın bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmişin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs Qardaş oğlu izahtında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində Azərişıq ASC-nin Cənub RETSİ-X1 Enerji satış şöbəsində aparı mühəndis fəzifəsində işəyən Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı onu sol qulaq və sol diz nahiyyəsinə vuraraq ona dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Hazırda etdiyi əmələ görə özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində Azərişıq ASC-nin Cənub RETSİ-X1 baş mühəndisi vəzifəsində işləyən Şəxs Qardaş oğlu ilə aralarında baş vermiş mübahisə zamanı onu sol qulaq və sol diz nahiyyəsinə vuraraq ona dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Hazırda Şəxs Qardaş oğlu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 178 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs sol qulaq və sol diz nahiyyəsində qancır müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyaların təsirindən törənmişdir, törəmənin müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon prokurorluğunun 16 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs Qardaş oğlunun törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinin qeydinin 3-cü bəndində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törətmiş şəxslə Şəxs Qardaş oğlu ilə Zərərçəkmiş şəxs barışdıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs Qardaş oğlu inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128- 130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Qardaş oğlu Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar