Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-611/2024 17.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlihüseyn oğlunun, Zərərçəkmiş Zərərçəkmiş şəxs Əligüşad oğlunun iştirakları ilə, Şəxs- xx.xx.1976-cü il tarixdə Cəlilabad rayonu Seyidbazar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu, Seyidbazar kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə barəsində Cəlilabad rayon X1 Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə qaynı Zərərçəkmiş şəxs Əligüşad oğlu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında barəsində olan Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə olan inzibati material üzrə özünü təqsirli bilərək əməlindən səmimi peşman olduğunu, zərərərçəkmiş Zərərçəkmiş şəxs Əligüşad oğlu ilə barışdığını, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Əligüşad oğlu məhkəməyə izahat verərək bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Şəxs arasında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı, Şəxs onu təhqir edərək döymüşdür. Hazırda inzibati xəta törətmiş Şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, barışmalarını nəzərə alıb inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Əlgüşad oğlu məhkəməyə yazılı izahat da verərək Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və barışmalarını nəzərə alıb Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Materiala əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 555 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Əligüşad oğlunda müayinə-zamanı başın sağ ənsə nahiyəsində qançır və sağ ayaq pəncəsinin bayır səthində əzilmiş səthi yara müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Materiala əlavə olunmuş 08 iyul 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs törətmiş olduğu inzibati xəta özünün etirafı, zərərçəkmişin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 39-cu maddəsinə əsasən, həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.9-cu maddəsində göstərilmişdir ki, bu məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Məhkəmə Zərərçəkmiş şəxs Əligüşad oğlunun inzibati xəta törədən Şəxs ilə barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən azad edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43,48-51, 114- 115, 117 və 128,130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respulikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs Əligüşad oğlu ilə barışdığı üçün inzibati məsuliyyətdən azad edilsin və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsl Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-611/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-611/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver