Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-614/2024 05.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsi ilə olan inzibati xətaya dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 10 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 10 iyul 2024-cü il tarixdə saat 14:35-də Cəlilabad rayonu Qurtuluş prospekti və H.Əliyev prospektində yerləşən ünvanlarda obyektlərin üzərində olan sirab məhsullarının reklamı ilə bağlı verilən yazılı göstəriş "xxxx" MMC tərəfindən vaxtında və tam yerinə yetirməmişdir. Buna görə də, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilmişdir. . Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X4 protokolun məzmununa uyğun izahat verərək məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə etirazla məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, 10 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 30 may 2024- cü il tarixli 000275 və 000276 №-li aktlar, eyni tarixli və eyni nömrəli açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə yazılı göstərişlər göndərilmişdir. Həmin sənədlərdə X6 İdarəsinin əhatə etdiyi ərazilərdə guya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus reklamların mövcud olması, qanunvericiliyin tələbləri çərçivəsində rəsmiləşdirilməməsi və reklamların 5 (beş) gün ərzində götürülməsi qeyd olunmuşdur. Bununla bağlı həmin orqana müraciət olunaraq bildirilmişdir ki, X6 İdarəsinin yurisdiksiyasında yerləşən guya "xxxx" MMC- yə məxsus olduğu iddia olunan reklamlar ümumiyyətlə "xxxx" MMC-yə məxsus deyil və "xxxx" MMC tərəfindən həmin reklam fəaliyyətləri həyata keçirilmir. Belə ki, "xxxx" MMC ölkə ərazisində Sirab suyunun pərakəndə deyil topdan satışını həyata keçirir. "xxxx" MMC X6 İdarəsinin əhatə etdiyi ərazilərdə yerləşən şəhər və rayonlarda faliyyət göstərən hüquqi və fiziki şəxslərə Sirab suyunun satışını aparır. Həmin satışlar müqavilələr ilə rəsmiləşdirilir və bəzi hallarda sahibkarlara suyun satışını həyata keçirə bilmək üçün soyuducular da təqdim olunur. Həmin soyuducuları obyektlərdən kənarda yerləşdirmək və ya onlar vasitəsi ilə hər hansı reklamın həyata keçirilməsi ilə bağlı "xxxx" MMC-nin hər hansı tələbi mövcud deyil. Bununla bağlı müqavilələrdə də qeyd olunur ki, invertarın harada yerləşdirilməsinə, bunun üçün icazə və digər sənədlərin alınmasına və reklam qanunvericiliyinin tələblərinə əməl edilməsinə görə distribyüter məsuliyyət daşıyır. Qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş, MN № ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 30 may 2024-cü il tarixli, 000275 nömrəli aktdan görünür ki, Cəlilabad rayonu ərazisində yerləşəm obyektlərdə Sirab soyuducularının fasad reklamlarında açıq məkanda reklam yerləşdirmək üçün müvafiq icazə sənədi olmadan qanunsuz reklam yayımlanması aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 30 may 2024-cü il tarixli 000275 nömrəli “Yazılı göstəriş”dən görünür ki, həmin reklamların yayımının 5 (beş) gün müddətində dayandırılması tələb edilmişdir və həmin göstəriş "xxxx" MMC- yə ünvanlanmışdır. İş materiallarında olan teleqramdan görünür ki, X6 İdarəsi tərəfindən "xxxx" MMCyə ünvanlanan xx.xx.2024-cü il tarixli SS889336755AZ saylı göndəriş xx.xx.2024-cü il tarixdə saat 15:42-də çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan bildirişdən görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib ediləcəyi və bununla bağlı "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinin 10 iyul 2024-cü il tarixdə 14:30-da Cəlilabad rayonu Qurtuluş prospekti ünvanında yerləşən “D market” adlı obyektin qarşısına gəlməsi xahiş olunmuşdur. İş materiallarında olan teleqramdan görünür ki, X6 İdarəsi tərəfindən "xxxx" MMCyə ünvanlanan xx.xx.2024-cü il tarixli SX021580190AZ saylı göndəriş xx.xx.2024-cü il tarixdə saat 14:40-da çatdırılmışdır. İş materiallarında olan fotoşəkillərdən sözügedən reklam daşıyıcısının yayımlandığı görünür. İş materiallarında olan “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” haqqında çıxarışdan görünür ki, "xxxx" MMC vergi ödəyicisidir, yəni hüquqi şəxsdir (VÖEN: **********). İş materiallarında olan Distribyütor müqaviləsinin 6.10-cu bəndindən görünür ki, X1 dolablarla və digər marketing avadanlıqları ilə təmin etməlidir. Bu avadanlıqların nasazlıqlarından yaranan xərc Qrantor tərəfindən qarşılanmalıdır. Soyuducu dolablar, birbaşa olaraq Qrantorun obyektlə müqavilə əsasında obyektə yerləşdirilə bilər. Soyuducuların götürülməsi , dəyişdirilməsi və ya digər hallar Qrantorun nümayəndəsinin yazılı razılığı olmadan həyata keçirilə bilməz. Təhvil verilən soyuducaların sayına və reklam qanunvericiliyinə əməl olunmasına görə Distribyütor cavabdehlik daşıyır Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 10 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, 10 iyul 2024-cü il tarixdə Cəlilabad rayonu H.Əliyev və Qurtuluş prospektlərində sahibkarlıq obyektlərinin qarşısında açıq məkanda icazə sənədi olmadan soyuducu avadanlıqları üzərində "xxxx" MMC-yə məxsus Sirab brendinin reklamları yerləşdirilmiş və yaymlanmaqdadır. Buna görə də inzibati xəta protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən həmin soyuducuların "xxxx" MMC tərəfindən açıq havada yerləşdirilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması, yəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, "xxxx" MMC tərəfindən Cəlilabad rayonu H.Əliyev və Qurtuluş prospektlərində sahibkarlıq obyektlərinin qarşısında Sirab suyunun reklamının yerləşdirilməsi ilə bağlı "xxxx" MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs arasında razılaşma mövcud olmamış və həmin soyuducuların açıq məkanda "xxxx" MMC tərəfindən yerləşdirilməsinə dair məhkəməyə hər hansı əsaslı sübut təqdim edilməmişdir. Eyni zamanda o da qeyd olunmalıdır ki, soyuducuların obyektin hansı hissəsində yerləşdirilməsi ticarət obyektinin rəhbərinin səlahiyyətindədir. "xxxx" MMC-nin bununla bağlı hər hansı öhdəlik götürməsi iş materiallarından görünmür. Qeyd edilən inzibati xətanın "xxxx" MMC tərəfindən törədilməsi sübuta yetirilmədiyindən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 10 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 10 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov.
Məhkəmə qərarları › İş №3(073)-614/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-614/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver