Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-615/2024 19.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 09 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və müvafiq materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş həmin protokola əsasən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış vətəndaşlar X8 və X5 xx.xx.2024-cü il tarixdən halhazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X7 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs direktoru X6 verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X8 və X3 xx.xx.2024-cü il tarixdən hal-hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. X8 və X5 Şəxs işçiləri olmamış və onlarla hər hansı bir əmək müqaviləsi bağlanmamışdır. Şəxs MMC ilə X8 arasında 01 fevral 2024-cü il tarixdə, X5 ilə isə 05 aprel 2024-cü il tarixdə yük daşıma xidmətlərinin göstərilməsi haqqında xidməti (mülki-hüquqi müqavilə) bağlanmışdır. Lakin həmin müqavilələr bağlandıqdan sonra icraçılar tərəfindən müqavilədə qeyd edilən heç bir yükdaşıma xidmətləri göstərilməmişdir. Belə ki, X3 portal icazəsi olsa da o, ümumiyyətlə işğaldan azad olunmuş zonaya keçməmiş və orada olmamışdır. X8 əvvəlcədən razılaşdırılmaqla ona MMC tərəfindən təklif edilən işə baxmaq məqsədilə portaldan icazə alaraq əraziyə keçmiş, lakin işin şərtlərini bəyənmədiyinə və onu qane etmədiyinə görə MMC ilə heç bir formada əməkdaşlıq etməmiş, heç bir əmək münasibətinə girməmişdir. Həmin şəxslərlə MMC arasında heç bir formada əmək münasibəti yaranmamış və mövcud olmamışdır. Əmək Müfəttişliyində bunu təsdiq edən hər hansı bir sübut, fakt mövcud deyildir. Odur ki, tərtib edilmiş inzibati xəta haqqında protokollar əsassızdır, bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərdi ki, o, Şəxsndə işləməmiş və onunla MMC arasında heç bir əmək münasibəti və müqaviləsi olmamışdır. Şəxs direktoru X6 ilə aralarında 05 aprel 2024-cü il tarixdə yük daşıma xidmətlərinin göstərilməsi haqqında xidməti bağlanmış, lakin onun tərəfindən müqavilə üzrə heç bir iş icra edilməmişdir. O, portal icazəsinin olmasına baxmayaraq ümumiyyətlə işğaldan azad edilmiş ərazilərə keçməmiş və orada olmamışdır. X8 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Şəxsndə işləməmiş və onunla MMC arasında heç bir əmək müqaviləsi və əmək münasibəti olmamışdır. Şəxs direktoru X6 ilə aralarında 01 fevral 2024-cü il tarixdə yük daşıma xidmətlərinin göstərilməsi haqqında xidməti müqavilə bağlanmış, lakin onun tərəfindən müqavilə üzrə heç bir iş icra edilməmişdir. O, müqavilə üzrə işin icrasıyla bağlı işğaldan azad edilmiş ərazilərə getsə də, lakin əmək şəraiti və şərtləri onu qane etmədiyi üçün o, heç bir iş icra etmədən geri qayıtmışdır. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki Şəxs əməlində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən müəyyən olundu ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 09 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış vətəndaşlar X8 və X5 xx.xx.2024-cü il tarixdən hal-hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. İş materiallarına olan Şəxs rəhbərliyinə ünvanlanan 25 iyun 2024-cü il tarixli məktubdan görünür ki, 2024-cü ilin may ayı ərzində "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığınız şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bununla bağlı səlahiyyətli orqan tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-5/2-30800/2024 nömrəli məktub göndərilmiş, lakin iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hələ də təmin edilməmişdir. İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs hüquqi şəxsdir və ********** nömrəli VÖEN-ə malikdir. İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs müraciəti əsasında X8 və X5 üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işğaldan azad edilmiş ərazilərdə iş icazələri alınmışdır. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli “Yük daşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilədən görünür ki, Şəxs direktoru X6 (sifarişçi) ilə X8 (icraçı) arasında yük daşıma xidmətlərinin göstərilməsi haqqında mülki-hüquqi müqavilə bağlanmışdır. İş materiallarında olan 05 aprel 2024-cü il tarixli “Yük daşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilədən görünür ki, Şəxs direktoru X6 (sifarişçi) ilə X5 (icraçı) arasında yük daşıma xidmətlərinin göstərilməsi haqqında mülki-hüquqi müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; - 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC ilə X8 arasında 01 fevral 2024-cü il tarixdə, X5 ilə isə 05 aprel 2024-cü il tarixdə yük daşıma xidmətlərinin göstərilməsi haqqında mülki-hüquqi müqavilələr bağlanmışdır. X1 və X5 tərəfindən həmin mülki-hüquqi müqavilələr üzrə heç bir iş icra edilməmişdir. Bundan başqa məlum olmuşdur ki, X8 və X5 Şəxs MMC-də əmək müqaviləsi üzrə işləməmiş və onlarla Şəxs MMC arasında heç bir əmək münasibətləri mövcud olmamışdır. Bu məhkəmə iclasında şahidlər X8 və X3 ifadələri və digər iş materialları ilə də təsdiq edilir. İnzibati xəta haqqınla protokol tərtib edən Əmək Müfəttişliyi Xidməti isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi protokolu tərtib edən orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən X8 və X5 ilə Şəxs MMC arasında heç bir əmək münasiətlərinin olmaması və onlar arasında yalnız mülki-hüquqi müqavilənin bağlanması və həmin müqavilələr üzrə icraçılar (X8 və X5) tərəfindən heç bir öhdəliyin icra edilməməsi kimi hallar kifayət qədər araşdırılmamışdır. Müəyyən edilmişdir ki, X5 portal icazəsi olsa da ümumiyyətlə həmin əraziyə keçməmiş və orada olmamışdır. X8 isə MMC-dən iş təklifi alsa da işə gedib baxmaq məqsədilə portaldan keçmiş, əraziyə daxil olmuş, lakin əmək şəraiti və işin şərtləri onu qane etmədiyinə görə MMC ilə hər hansı bir əmək münasibətinə girmədən geri qayıtmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, qeyd edilənləri nəzərə alaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Şəxs inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş 09 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-615/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-615/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver