Məhkəmə qərarları › İş №3(073)-623/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-623/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-623/2025 30.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri H.Aslanov küçəsi ev 64-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Mirələmov X3 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(073)-2553/2015 saylı, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(073)-1068/2024 saylı və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3077/2024 saylı icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(073)-2553/2015 saylı məhkəmə əmrinə əsasən borclular Şəxs və X1 cəmi 2225.18 ABŞ dolları borc (əmr icra olunan günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) tutularaq tələbkar "xxxx" KB ASC-nə, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1068/2024 saylı icra vərəqəsinə əsasən 03 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3077/2024 saylı icra vərəqəsinə əsasən 21 oktyabr 2024-cü il tarixdən başlayaraq, 10 iyul 2023-cü il təvəllüdlü X6 və 30 avqust 2024cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməlidir. İcra vərəqələri Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı borcluya bildirişlər göndərilmişdir. Borcludan icra sənədlərindəki göstərilən tələbi icra etməsi tələb olunmuş, borclu maddi imkanının olmadığını bildirərək, icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, işləmədiyi və maddi imkanı olmadığına görə icra sənədləri ilə müəyyən edilmiş borclarını ödəyə bilməmişdir, aliment borcundan isə məlumatı olmamışdır. Ona vaxt verilsə borcunun əhəmiyyətli hissəsini ödəyəcək. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, o, həmçinin valdeynlik vəzifələrini kobud surətdə pozmuşdur, uşaqlarının mənafeyi və onların saxlanma xərclərinin qarşılanması üçün hərəkətsizlik etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli 30 may 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar