Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-624/2024 18.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri H.Əliyev pr ev 204-də qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Ağayev X4 Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(022)-439/2020 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 verdiyi izahatında göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(022)-439/2020 saylı icra vərəqəsinə əsasən 12 mart 2020-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,40 (sıfır tam onda dörd) misli miqdarında sabit pul məbləğində aliment cavabdeh Şəxs alınıb iddiaçı X3 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borcu icra sənədi üzrə aliment borcunu ödəməkdən yayınmışdır. Nəticədə borclunun 5200 manat aliment borcu vardır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(022)-439/2020 saylı icra vərəqəsinə əsasən 12 mart 2020-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,40 (sıfır tam onda dörd) misli miqdarında sabit pul məbləğində aliment ondan alınıb iddiaçı X3 verilməlidir. Həbsdə olduğu üçün və 2024cü ilin aprel ayında həbsdən azad olduğu üçün icra sənədindən məlumatı olmamışdır. O, aliment borcunu ödəməkdən heç vaxt boyun qaçırmamış və yayınmamışdır. Bununla belə, barəsində inzibati xəta haqqında protkol tərtib edildikdən sonra icra sənədi üzrə borcundan xx.xx.2024-cü il tarixdə 200 (iki yüz) manat ödəniş edə bilmişdir. Tələbkarla aliment borcu ilə bağlı öz aralarında razılığa gəlmişlər. Qalan borcunu isə qısa müddət ərzində ödəyəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs (tələbkar) X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(022)-439/2020 saylı icra vərəqəsinə əsasən 12 mart 2020-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,40 (sıfır tam onda dörd) misli miqdarında sabit pul məbləğində aliment cavabdeh Şəxs alınıb iddiaçı X3 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, borclu 18 iyul 2024-cü il tarixdə icra sənədi üzrə yaranmış aliment borcundan 200 (iki yüz) manat ödəmişdir. İşdə olan tələbkar X2 ərizəsindən görünür ki, yaranmış 5200 manat aliment borcu ilə bağlı borclu ilə aralarında razılığa gəldiklərini və heç bir şikayətinin olmadığını göstərmişdir. Göründüyü kimi, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə ki, borclunun həbsdə olmuş və bu səbəbdən icra sənədindən məlumatı olmamışdır, həmçinin iş məhkəmənin icraatında olduğu müddətdə aliment borcundan 200 (iki yüz) manat ödəniş etmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin məhz üzrsüz səbəbdən yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 18 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-624/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-624/2024
18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver