Məhkəmə qərarları › İş №3(073)-625/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-625/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-625/2024 18.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İcra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs – xx.xx.1973-cü il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu Uzuntəpə kəndində qeydiyyatda olan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(073)-1930/2020 saylı icra vərəqəsinə əsasən 10 sentyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 50 (əlli) manat məbləğində müalicə xərci tutularaq tələbkar Güləliyeva Hicran Əliqismət qızına verilməsi qət edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədinin icra müddəti ərzində icrasını təmin etməmiş və borcunu ödəməmişdir. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Mahir Əskərov inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərmişdir ki, Cəlilabad Rayon 09 oktyabr 2020-ci il tarixli, 2(073)- 1930/2020 saylı icra vərəqəsinə əsasən 10 sentyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 50 (əlli) manat məbləğində müalicə xərci tutularaq tələbkar Güləliyeva Hicran Əliqismət qızına verilməsi qət edilmişdir. Lakin borclu Şəxs icra vərəqəsinin icra müddəti ərzində icrasını təmin etməmiş və borcunu ödəməmişdir. Borclunun tələbkara 2260 manat məbləğində aliment borcu yaranmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, onun Cəlilabad Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(073)-1930/2020 saylı icra vərəqəsi üzrə Güləliyeva Hicran Əliqismət qızına 2260 manat aliment borcu vardır. O, mədə xorası xəstəliyindən əziyyət çəkdiyi üçün işləyə bilmir. Buna görə də borcunu ödəyə bilməmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün etirafı, Cəlilabad rayon məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(073)-1930/2020 saylı icra vərəqəsi, icra məmuru Mahir Əskərovun izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 18 iyul 2024-cü il tarixdən, saat 15:20-dən hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar