Məhkəmə qərarları › İş №3(073)-627/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-627/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-627/2025 30.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs X1, Zərərçəkmiş şəxs Şəxsnın iştirakı ilə, X5 – xx.xx.1986-cı ildə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 24 yanvar 2025-ci tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki01 iyul 2024-cü il tarixdə X5 qohumu Şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da X5 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X5 izahat verərək bildirdi ki, qohumluq münasibəti olan Şəxs ilə heç bir ədavət və düşmənçiliyi olmamış, xx.xx.2025-ci il tarixdə əmisi X2 vəfat etdiyi üçün onun dəfn mərasimi keçirilmiş, mərhumu dəfn etdikdən sonra ona məxsus fərdi yaşayış evinin həyətinə qayıtmışlar, bundan sonra o, evə getmək məqsədi ilə özünə məxsus “VAZ 2107” markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə təxminən 100 metr hərəkət etdikdən sonra tanıdığı Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Cəfər adlı şəxslə rastlaşmışdır, Cəfər avtomobilə yaxınlaşaraq dəfn mərasimində mübahisə baş verməsini bildirdikdən sonra o, avtomobilin içərisindən arxaya baxanda həqiqətəndə mübahisə olmasını müşahidə etmiş, bunun üçün avtomobildən yerə enmiş və həmin vaxt yas mərasiminə gəlmiş şəxslərin bir nəfər şəxsi saxlamasını, həmin şəxsin Şəxs olmasını, sonuncunun onun atası Əlizamin və əmisi Abbasqulunun ünvanına nalayiq ifadələr işlətməsini eşitmiş, Cabirə iradını bildirmək üçün ona yaxınlaşan zaman Cabirin qardaşı Məzahir Abdıyev onun qarşısını kəsərək onu təhqir edərək qardaşının üzərinə getməməsini istəmiş, lakin Cabir hərəkətlərini davam etdirərək onları təhqir etməyə davam etdiyi üçün sol əli ilə Cabiri vurmaq istəmiş, lakin yaxında olan şəxslər onları ayırmış, mübahisə zamanı əlinin Cabirə dəyib-dəyməməsini bilməmiş, ətrafda olan şəxslər onu mübahisə yerindən uzaqlaşdırdıqları üçün o da həmin yerdən kənarlaşıb getmişdir. Şəxs ərizə və izahatında göstərdikləri həqiqətə uyğun olmamış, Cabir Abdıyevlə xx.xx.2025-ci il tarixdə aralarında sözlü mübahisə olmuş, atası və əmisinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün Cabiri sol əli ilə vurmaq istəyən zaman ətrafda olan şəxslər onları ayırmış, əlinin Cabirə dəyib-dəyməməsini bilməmişdir. Atası Əlizamin ilə Cabirin arasında olan sözlü mübahisədən sonra oradan getmiş, bu səbəbdən atası Əlizaminin Cabiri döyüb-döyməməsi, həmçinin əmisi Zərərçəkmiş şəxs idarə etdiyi “Opel” markalı, **- BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Cabiri vurması barədə məlumatı olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şəxs izahat verərək bildirdi ki, Cəlilabad RPŞnə ərizə ilə müraciət edərək həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi “Opel” markalı avtomobillə onu vurmasını, sonuncunun qardaşı Əlizamin Abdullayev və onun oğlu Elnur Abdullayev tərəfindən döyülməyini bildirmişdir. Adlarını göstərdiyi şəxslərlə onun arasında ədavət olmuş, 2024-cü ilin aprel ayında müraciəti əsasında həmkəndlisi Zərərçəkmiş şəxs və onun oğlu Məhəmməd Abdullayevin tüfənglə atəş açaraq ona xəsarət yetirməsini bildirmiş, həmin müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs və onun oğlu Məhəmməd Abdullayev barəsində Cəlilabad RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılmış, yekunda onun barışıq mövqeyi əsasında həmin iş üzrə icraata xitam verilmiş, lakin göstərdiyi tarixdən sonra Zərərçəkmiş şəxs onunla arasındakı ədavət və düşmənçiliyə son qoymamışdır. xx.xx.2025-ci il tarixdə o, bibisinin mərhum həyat yoldaşı Fəxrəli Abdullayevin dəfn mərasimində iştirak etmək məqsədilə sonuncunun vaxtı ilə yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinə getmiş, dəfndən gəldikdən sonra o, arxası mərhum Fəxrəli Abdullayevin evinə tərəf durub dayanaraq həmin evin yerləşdiyi küçədə qohumu X4 və bibisinin həyat yoldaşı İnşalla Şərbətovla söhbət etdiyi vaxt İnşalla Şərbətov anidən onu tutub özünə tərəf çəkərək yoldan çıxartmış, həmin andaca mərhum Fəxrəli Abdullayevin qardaşı Zərərçəkmiş şəxs idarə etdiyi “Opel” markalı, **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onu vurmasını müşahidə etmiş, zərbənin təsirindən avtomobilin sağ yan güzgüsü qırılmış, o isə yerə yıxılmışdır. Özünə gəlib avtomobilin yerə düşmüş yan güzgüsünü həmin avtomobili idarə edən Zərərçəkmiş şəxs tərəf atmış, bu anda Abbasqulunun qardaşı Əlizamin Abdullayev və onun oğlu Elnur Abdullayev üstünə hücum çəkərək onu döyməyə başlamış, bundan sonra dəfn mərasimində iştirak etmək üçün həmin yerə gələn şəxslər onlara yaxınlaşıb mübahisənin daha da böyüməsinin qarşısını almışlar. 2024-cü ilin aprel ayında Zərərçəkmiş şəxs oğlu Məhəmməd Abdullayevlə birlikdə onun həyatına qəsd etsələr də, buna nail ola bilmədiklərindən Zərərçəkmiş şəxs onu avtomobillə vuraraq öldürməyə qəsd etmiş, bu baxımdan o, hər an qorxu içində yaşamışdır. Həmin mübahisə xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində bibisinin mərhum həyat yoldaşı Fəxrəli Abdullayevin vaxtı ilə yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndindəki fərdi yaşayış evinin yerləşdiyi küçədə baş vermiş, həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə onun kürək nahiyəsindən vurmuş, mübahisə zamanı Əlizamin Abdullayev və onun oğlu Elnur Abdullayev yumruqla üz nahiyəsinə, təpiklə isə hər iki ayağına zərbələr endirmişdir. Mübahisə vaxtı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə onu vurması nəticəsində yerə düşmüş avtomobilin sağ yan güzgüsünü həmin avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs sol üz (sifət) nahiyəsinə tərəf atmış, bundan savayı o, Zərərçəkmiş şəxs və digərlərinə müqavimət göstərməyə çalışsa da həmin yerə gələn insanlar buna imkan verməmişdir. Ona görə də X3 barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli, 241 saylı rəyinin surətindən görünür ki, Şəxs sağ almacıq nahiyyəsində şişkinlik, sol dirsək oynağı və sol mil-bilək oynağı nahiyyəsində sıyrıqlar müəyyən olunmuşdur, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X9 Bölməsinin 08 may 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X1 törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. X1 inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs X1 barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs X5 Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar