Məhkəmə qərarları › İş №3(073)-628/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-628/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-628/2023 21.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1965-ci ildə Cəlilabad rayonu, Hamarqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Hamarqışlaq kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 3(073)-71/2023 saylı qərarı ilə Şəxs barəsində tətbiq edilmiş 500 manat inzibati cərimə tənbeh tədbirini 25 gün müddətində icra etmədiyinə görə barəsində barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən İXM-nin 529.2-ci maddəsi ilə 20 iyun2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad rayon İcra Şöbəsinin icra məmuru X3 izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 3(073)-71/2023 saylı qərarı ilə Şəxs barəsində tətbiq edilmiş 500 manat məbləğində inzibati cərimə tutularaq dövlət hesabına köçürülməlidir. Həmin icra sənədinin icrası üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya icra sənədinin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs edilmiş bütün xəbərdarlıqlara baxmayaraq o, maddi imkanın ağır olduğunu, xəstəliyi ilə əlaqdar olaraq cərimə məbləğini ödəyə bilməmişdir. Borclu Şəxs əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Aparılmış bütün icra hərəkətlərinə baxmayaraq borclu Şəxs borcunu ödəyə bilməmişdir. Məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən uzun müddət keçməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 3(073)- 71/2023 saylı qərarı onun barəsində tətbiq edilmiş 500 manat məbləğində inzibati cərimə tutularaq dövlət hesabına köçürülməlidir. Həmin icra sənədinin icrası üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona icra sənədinin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. O, barəsində tətbiq edilmiş inzibati cərimə tənbeh tədbirini maddi imkanı olmadığı üçün icra edə bilmir. Hazırda həmin cəriməni ödəyir. Buna görə də məhkəmədən işə xitam verilməsini xahiş etdi. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 3(073)- 71/2023 saylı qərarı ilə Şəxs barəsində tətbiq edilmiş 500 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 3(073)- 455/2021 saylı icra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və tələbin könüllü icrası barədə Şəxs bildiriş göndərilmişdir. Hazırki işin hallarından görünür ki, Şəxs barəsində tətbiq edilmiş inzibati cərimə növündə tənbeh tədbirini uzun müddət keçməsinə baxmayaraq icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinin dispozisiyasına görə ol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. İşdə olan 21 iyun 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 3(073)-71/2023 saylı qərarı ilə Şəxs barəsində tətbiq edilmiş 500 manat inzibati cərimə cəzası ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs X2 müvafiq cəriməni, dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödəməsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs X4 inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 20 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, məsuliyyətdən azad olunsun. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar