Məhkəmə qərarları › İş №3(073)-629/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-629/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-629/2024 24.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs – xx xxxx 1988-ci il tarixdə Cəlilabad rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu, Təzəkənd kəndində qeydiyyatda olan, Cəlilabad rayonu, Təzəkənd kəndində yaşayan, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə barəsində Cəlilabad rayon X1 Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu Təzəkənd kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə zamanı sonuncunu döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati işin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə olan inzibati material üzrə özünü təqsirli bilir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Odur ki, zərərçəkmiş şəxslə barışmalarını nəzərə alıb inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, Cəlilabad rayonu Təzəkənd kəndində Şəxs ilə aralarında yaranan mübahisə zamanı sonuncu onu döyərək dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Hal-hazırda Şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, barışmalarını nəzərə alıb inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı izahat da verərək, Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və barışmalarını nəzərə alıb Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Materiala əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsinin 11 iyul 2024-cü il tarixli, 578 №-li rəyinə əsasən Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthində qançır müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir.Törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Materiala əlavə olunmuş 14 iyul 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs törətmiş olduğu inzibati xəta özünün şəxsi etirafı, zərərçəkmişin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 39-cu maddəsinə əsasən, həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.9-cu maddəsində göstərilmişdir ki, bu məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Məhkəmə Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən azad edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respulikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışdığı üçün inzibati məsuliyyətdən azad edilsin və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar