Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-63/2023 24.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İcra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə Şəxs – xx.xx.1988-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri Azərbaycan küçəsi ev 12-də qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(073)-268/2022 nömrəli icra vərəqəsinə əsasən Şəxs 2560 dəyərində çəkisi 32 qram olan 1 ədəd sep, 2500 manat dəyərində çəkisi 15 qram olan 1 ədəd qolbağ, 560 manat dəyərində çəkisi 7 qram olan 1 ədəd Rusiya istehsalı olan üzük, 320 manat dəyərində 1 cüt sırğa və tərəflərin birgə nikah dövründə əldə olunmuş buraxılış ili 1999-cü il olan “Mercedes-Benz” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 9300 manat pulun 4650 manatı, cəmi 10590 manat borcun cavabdeh Şəxs alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədinin icra müddəti ərzində icrasını tam təmin etməmiş və tələbkara olan borcunu ödəməmişdir. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Səbuhi Həmzəyev inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərmişdir ki, borclu Təhməzov X1 Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(073)-268/2022 nömrəli icra vərəqəsinin icra müddəti ərzində icrasını tam təmin etməmiş və iddiaçı X3 olan 10590 manat borcunu ödəməmişdir. Borcun ödənilməsi ondan tələb olunsa da, o, icra vərəqəsinin icrasından qəsdən yayınmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İnzibati xəta törədən Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, fərdi əməklə məşğul olur. Maddi imkanı aşağı olduğu üçün həmin borcu ödəməyə imkanı yoxdur. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə səhvlərə yol verməyəcək və məhkəmədən ona köməklik edilməsini xahiş edir. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün etirafı, məhkəmənin 09 iyun 2022-ci il tarixli, 2(073)-268/2022 nömrəli icra vərəqəsi, icra məmuru Səbuhi Həmzəyevin izahatı, inzibati xəta haqqında MN № ******* nömrəli protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 24 yanvar 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-63/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-63/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver