Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-633/2025 30.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Zərərçəkmiş şəxsnın, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, Zərərçəkmiş şəxs – xx.xx.1986-cı ildə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 24 yanvar 2025-ci tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki01 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs qohumu X3 dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Cəlilabad RPŞ-nə ərizə ilə müraciət edərək həmkəndlisi Abbasqulu Abdullayevin idarə etdiyi “Opel” markalı avtomobillə onu vurmasını, sonuncunun qardaşı Əlizamin Abdullayev və onun oğlu Şəxs tərəfindən döyülməyini bildirmişdir. Adlarını göstərdiyi şəxslərlə onun arasında ədavət olmuş, 2024-cü ilin aprel ayında müraciəti əsasında həmkəndlisi Abbasqulu Abdullayev və onun oğlu Məhəmməd Abdullayevin tüfənglə atəş açaraq ona xəsarət yetirməsini bildirmiş, həmin müraciəti ilə əlaqədar Abbasqulu Abdullayev və onun oğlu Məhəmməd Abdullayev barəsində Cəlilabad RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılmış, yekunda onun barışıq mövqeyi əsasında həmin iş üzrə icraata xitam verilmiş, lakin göstərdiyi tarixdən sonra Abbasqulu Abdullayev onunla arasındakı ədavət və düşmənçiliyə son qoymamışdır. xx.xx.2025-ci il tarixdə o, bibisinin mərhum həyat yoldaşı Fəxrəli Abdullayevin dəfn mərasimində iştirak etmək məqsədilə sonuncunun vaxtı ilə yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinə getmiş, dəfndən gəldikdən sonra o, arxası mərhum Fəxrəli Abdullayevin evinə tərəf durub dayanaraq həmin evin yerləşdiyi küçədə qohumu X7 və bibisinin həyat yoldaşı İnşalla Şərbətovla söhbət etdiyi vaxt İnşalla Şərbətov anidən onu tutub özünə tərəf çəkərək yoldan çıxartmış, həmin andaca mərhum Fəxrəli Abdullayevin qardaşı Abbasqulu Abdullayevin idarə etdiyi “Opel” markalı, **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onu vurmasını müşahidə etmiş, zərbənin təsirindən avtomobilin sağ yan güzgüsü qırılmış, o isə yerə yıxılmışdır. Özünə gəlib avtomobilin yerə düşmüş yan güzgüsünü həmin avtomobili idarə edən Abbasqulu Abdullayevə tərəf atmış, bu anda Abbasqulunun qardaşı Əlizamin Abdullayev və onun oğlu Şəxs üstünə hücum çəkərək onu döyməyə başlamış, bundan sonra dəfn mərasimində iştirak etmək üçün həmin yerə gələn şəxslər onlara yaxınlaşıb mübahisənin daha da böyüməsinin qarşısını almışlar. 2024-cü ilin aprel ayında X5 Abdullayevlə birlikdə onun həyatına qəsd etsələr də, buna nail ola bilmədiklərindən Abbasqulu Abdullayev onu avtomobillə vuraraq öldürməyə qəsd etmiş, bu baxımdan o, hər an qorxu içində yaşamışdır. Həmin mübahisə xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində bibisinin mərhum həyat yoldaşı Fəxrəli Abdullayevin vaxtı ilə yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndindəki fərdi yaşayış evinin yerləşdiyi küçədə baş vermiş, həmin vaxt Abbasqulu Abdullayev idarə etdiyi avtomobillə onun kürək nahiyəsindən vurmuş, mübahisə zamanı Əlizamin Abdullayev və onun oğlu Şəxs yumruqla üz nahiyəsinə, təpiklə isə hər iki ayağına zərbələr endirmişdir. Mübahisə vaxtı Abbasqulu Abdullayevin idarə etdiyi avtomobillə onu vurması nəticəsində yerə düşmüş avtomobilin sağ yan güzgüsünü həmin avtomobildə əyləşmiş Abbasqulu Abdullayevin sol üz (sifət) nahiyəsinə tərəf atmış, bundan savayı o, Abbasqulu Abdullayev və digərlərinə müqavimət göstərməyə çalışsa da həmin yerə gələn insanlar buna imkan verməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, qohumluq münasibəti olduğu Cabir Abdullayevlə heç bir ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2025-ci il tarixdə qardaşı X6 vəfat etdiyi üçün sonuncunun dəfn mərasimi keçirilmiş, dəfndən sonra mərhuma məxsus fərdi yaşayış evinin həyətinə qayıtmış, həmin yerdən evinə getmək istəyən zaman idarə etdiyi “Opel” maraklı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə bir qədər hərəkət etdikdən sonra anidən avtomobilin sağ güzgüsünün sınaraq yerə düşdüyünü görüb avtomobili yolun kənarında saxlamış, bu zaman Cabir Abdıyev avtomobilə yaxınlaşmış, o, Cabirə güzgünü sındırdığı üçün iradını bildirimiş, Cabir avtomobilin sol yan şüşəsinin açıq olmasından istifadə edərək avtomobilin sol tərəfinə keçərək yumruq zərbəsi ilə baş nahiyyəsinə vurmuş, ətrafda olan şəxslər Cabiri satikləşdirmiş, xoşagəlməz hadisə baş verməməsi üçün o, avtomobili idarə edərək oradan kənarlaşıb getmişdir. O, həmin yerdən getdikdən sonra qardaşı Əlizamin Abdullayev və sonuncunun oğlu Şəxs ilə X12 arasında mübahisə olmuşdur.İdarə etdiyi “Opel” markalı, **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkət etdikdən sonra anidən avtomobilin sağ yan güzgüsünün sınaraq yerə düşdüyünü görmüş, bu səbəbdən avtomobili yolun kənarında saxlamış, bu zaman Cabir Abdıyev avtomobilə yaxınlaşmış, o, Cabirə güzgünü sındırdığı üçün iradını bildirmiş, Cabir isə qəsdən onu vurmuşdur. Avtomobilinin yan güzgüsünün sınması ani baş verdiyi üçün Cabir Abdıyevə dəyibdəyməməsini bilməmiş, əgər dəyimişsə də bu ehtiyatsızlıqdan olmuş, qəsdən Cabiri avtomobilinin güzgüsü ilə vurmamışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmamışdır. Ona görə də Zərərçəkmiş şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli, 246 saylı rəyinin surətindən görünür ki, X2 başın sağ təpə və ənsə nahiyyəsində yumşaq toxumalarının travmatik şişkinliyi müəyyən olunmuşdur, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X11 Bölməsinin 08 may 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxsnın törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Zərərçəkmiş şəxsnın inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Zərərçəkmiş şəxsnın barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-633/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-633/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver