Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-638/2025 30.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1990-ci ildə Cəlilabad rayonu, Əliqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Əliqasımlı kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXMin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 3 (073)-391/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 500 manat cəriməni icra etmədiyinə görə barəsində barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən İXM-nin 529.2-ci maddəsi ilə 30 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cəlilabad rayon İcra Şöbəsinin icra məmuru X3 izahatında göstərdi ki, Cəlilabad rayon Məhkəməsinin Cəlilabad rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 3 (073)-391/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 500 manat məbləğində cərimə edilmişdir. Həmin icra sənədlərinin icrası üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya icra sənədinin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs edilmiş bütün xəbərdarlıqlara baxmayaraq o, işdən çıxdığı və maddi imkanın ağır olduğu ilə əlaqdar olaraq cərimə məbləğlərini ödəyə bilməmişdir. Borclu Şəxs əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Aparılmış bütün icra hərəkətlərinə baxmayaraq borclu Şəxs borcunu ödəyə bilməmişdir. Məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən uzun müddət keçməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Cəlilabad rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 3 (073)-391/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 500 manat məbləğində cərimə edilmişdir. Həmin icra sənədinin icrası üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona icra sənədinin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. O, barəsində tətbiq edilmiş inzibati cərimə tənbeh tədblərini işdən çıxdığı və maddi imkanı olmadığı üçün icra edə bilmir. Hazırda fərdi əməklə məşğul olur. Ağır xəstəlikdən əziyyət çəkir. Himayəsində azyaşlı uşağları var. Buna görə də barəsində olan cərimə cəzasını icra edə bilməmişdir. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 3(073)-391/2025 saylı icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 500 manat məbləğində cərimə edilmişdir. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 3(073)-391/2025 saylı icra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və 22 aprel 2025-ci il tarixli icraata başlama haqqında qərar qəbul edilərk tələbin könüllü icrası barədə Şəxs həmin tarixdə bildiriş göndərilmişdir. Hazırki işin hallarından görünür ki, Şəxs barəsində tətbiq edilmiş inzibati cərimə növündə tənbeh tədbirini uzun müddət keçməsinə baxmayaraq icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 529.2-ci Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal onun himayəsində azyaşlı uşağnın olmasıdır və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal onun himayəsində azyaşlı uşağının olmasıdır və onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən Şəxsnun şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbehin tədbiri tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə... Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 200 (iki yüz) manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-638/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-638/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver