Məhkəmə qərarları › İş №3(073)-642/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-642/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-642/2024 25.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs- xx.xx.1982-ci ildə Cəlilabad rayonu Alar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Alar kəndində qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Vəliyev X3 rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(073)-1664/2023 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(073)-225/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)- 1664/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 11200 (on bir min iki yüz) manat məbləğində pul və 123.60 (bir yüz iyirmi üç manat altmış qəpik) manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borcludan icra vərəqəsində göstərilən tələbi icra etməsi tələb olunmuş, borclu maddi imkanının olmadığını bildirərək, icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Buna görə də barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə verilmiş, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da Şəxs icra sənədi üzrə yaranmış borcunu ödəməkdən qəsdən və qərəzli olaraq yayınmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1664/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 11200 (on bir min iki yüz) manat məbləğində pul və 123.60 (bir yüz iyirmi üç manat altmış qəpik) manat dövlət rüsumu alınaraq ona verilməlidir. Borclu Şəxs müxtəlif bəhanələr gətirərək, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Şəxs dəfələrlə həmin borcunu ödəməsini tələb etmiş, lakin o, borcunu ödəməkdən yayınmışdır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, verdiyi izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1664/2023 saylı icra vərəqəsinə əsasən ondan 11200 (on bir min iki yüz) manat məbləğində pul və 123.60 (bir yüz iyirmi üç manat altmış qəpik) manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Maddi imkanı olmadığından icra sənədini tam icra etməsi mümkün olmamışdır. Borcunu birdəfəyə ödəmək iqtidarında deyildir. İmkanı olanda hissəhissə ödəyəcəkdir. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün, zərərçəkmiş şəxsin, icra məmurunun izahatları, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokol və işdə olan digər sənədlərlə tam təsdiq edilmişdir. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)- 1664/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 11200 (on bir min iki yüz) manat məbləğində pul və 123.60 (bir yüz iyirmi üç manat altmış qəpik) manat dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(073)- 225/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli 25 iyul 2024-cü il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar