Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-650/2024 29.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X3 nümayəndəsi X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 29 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və müvafiq materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış vətəndaşlar X19, X2, X22 və X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X3 nümayəndəsi X14 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs nümayəndəsi X11 verdiyi izahatında bildirdi ki, X19, X2, X22 və X10 Şəxs işçiləri olmamış və onlarla hər hansı əmək müqaviləsi bağlanmamışdır. Belə ki, X13, X1, X15 və X4 portal icazəsi olsa da onlar, ümumiyyətlə işğaldan azad olunmuş zonaya keçməmiş və orada olmamışdırlar. Həmin şəxslərlə MMC arasında heç bir formada əmək münasibəti yaranmamış və mövcud olmamışdır. Əmək Müfəttişliyində bunu təsdiq edən hər hansı bir sübut, fakt mövcud deyildir. Odur ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır, bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, protokol tərtib edən orqan tərəfindən ona göndərilən məktublar ona çatmamışdır, yalnız son Bildiriş, yəni artıq inzibati məsuliyyətə cəlb ediləcəyi ilə bağlı olan bildiriş vaxtında, yəni 4-5 gün sonra çatmışdır, digər xəbərdarlıq məktubu isə 1 aydan da artıq müddət keçdikdən sonra hüquqi şəxsin ünvanına daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərdi ki, o, Şəxsndə işləməmiş və onunla MMC arasında heç bir əmək münasibəti və ya müqaviləsi olmamışdır. Şəxs direktoru X12 onun yaxın qohumudur, yəni qardaşıdır və bəzən yük maşınları xarab olduqda və ya məhsulların avtomobillərlə daşınmasına problemlər yarandıqda o da həmin vaxt kömək göstərmək üçün Gəncəyə, Tərtərə və s. yerlərə onunla birgə getmişdir. O, portal icazəsinin olmasına baxmayaraq ümumiyyətlə işğaldan azad edilmiş ərazilərə keçməmiş və orada olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Şəxsndə işləməmiş və onunla MMC arasında heç bir əmək müqaviləsi və əmək münasibəti olmamışdır. O, MMC-nin təsisçisi X6 yaxın qohumudur, yəni oğludur. O da bəzən, istər gecə, istər gündüz saatlarında yük daşıyan avtomobillərdə texniki nasazlıqlar yaranan zaman atası ilə birgə getmiş və onlara kömək etmişdir, lakin heç vaxt MMC ilə əmək münasibətlərində olmamışdır. Ümumiyyətlə o işləmir və işğaldan azad edilmiş ərazilərdə də olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki Şəxs əməlində inzibati xəta hadisəsi müəyyən edilmir. Belə ki, İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət yalnız işçilərin əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb edildiyi halda yaranır ki, bu hal iş materialları ilə müəyyən edilməmişdir. Adları çəkilən şəxslər ilə bağlı iş icazələrinin alınması onların əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb edilməsi nəticəsinə gəlməyə imkan vermir, iş icazələrinin alınması onların yalnız ehtimal edilən, gələcəkdə yarana biləcək əmək münasibətləri haqqında ilkin qənaətə gəlməyə əsas verə bilsə də, onların həqiqətən də əmək fəaliyyətinə cəlb edilmələri və həmin an onların qüvvədə olan əmək müqavilələrinin olmaması inzibati orqan tərəfindən sübut edilməmişdir ki, bununla da məhkəmə hesab edir ki, müvafiq maddənin dispozisiya şərti ödənilməmişdir. Məhkəmə inzibati orqanın nümayəndəsinə adları qeyd edilən işçilərin həqiqətən də əmək müqavilələrinin olmaması ilə bağlı hər hansı arayış və ya sistemdən çıxarış təqdim edilməsini təklif etsə də, nümayəndə belə bir çıxarışın təqdim edilməsinin qeyrimümkünlüyünü bildirmişdir. Bildirmişdir ki, yalnız qüvvədə olan əmək müqaviləsi olduğu halda çıxarış təqdim edilməsi mümkündür, müqavilə olmadığına görə isə həmin çıxarışı təqdim edə bilmirlər. Məhkəmə, həmçinin inzibati orqanın nümayəndəsinə inzibati protokolda adları çəkilən şəxslərin həqiqətən də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına keçmələri və orada olmaları barədə, eləcə də işçilərin əmək fəaliyyətinə cəlb edilmələri faktı barədə sübutlar təqdim edilməsini təklif etsə də, bunun da təqdim edilməsinin mümkün olmadığını məhkəməyə bildirmişdir. İş materiallarına olan Şəxs rəhbərliyinə ünvanlanan 14 iyun 2024-cü il tarixli məktubdan görünür ki, "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsistemində qüvvədə olan əmək müqavilələrinin aşkar edilmədiyi bildirilmişdir. İş materiallarında olan 19 iyul 2024-cü il tarixli Bildirişdən görünür ki, hüquqi şəxs inzibati məsuliyyətə cəlb ediləcəyi barədə məlumatlandırılmışdır və inzibati xəta haqqında protokolun tərtibində iştirakı məqsədilə 29 iyul 2024-cü il, saat 12.00-a regional şöbəyə dəvət edilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs müraciəti əsasında X19, X2, X22 və X10 üçün işğaldan azad edilmiş ərazilərdə iş icazələri alınmışdır. İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs hüquqi şəxsdir və ********** nömrəli VÖEN-ə malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin inzibati xəta haqqında protokol tərtib edildiyi vaxt qüvvədə olan 7-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci bəndi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Bundan başqa məlum olmuşdur ki, X19, X2, X22 və X10 ilə Şəxs MMC arasında hər hansı əmək münasibətləri mövcud olmamışdır. Bu, məhkəmə iclasında şahidlər X4 və X1 ifadələri ilə də təsdiq edilir. İnzibati xəta haqqınla protokol tərtib edən Əmək Müfəttişliyi Xidməti isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, inzibati xəta hadisəsi olmadığı üçün Şəxs inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-650/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-650/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver