Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-651/2024 06.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtiram Etibar oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mansurov Elvin Vidadi oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs – xx.xx.1988-ci il tarixdə Cəlilabad rayonu Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad rayonu Sabirabad kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi ilə barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ən e t d i : Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Həşimov X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(073)-167/2024 nömrəli qərarı əsasında verilmiş icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra etmədiyi üçün barəsində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 avqust 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(073)-167/2024 nömrəli icra vərəqəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün rəsmi bildiriş təqdim edilməsinə baxmayaraq, Şəxs xx.xx.2024-cü il tarixli, 3(073)- 167/2024 nömrəli icra vərəqəsi üzrə olan borcunu ödəməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(073)-167/2024 nömrəli icra vərəqəsinə əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. İnzibati cərimənin ödənilməsi üçün ona bildiriş göndərilsə də, maddi imkanı olmadığından təyin edilmiş cəriməni hazırki vaxtadək ödəyə bilməmişdir. Buna görə də, barəsində icra məmuru tərəfindən İXM-in 529.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində yüngül tənbeh növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 529.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol düzgün olaraq tərtib edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(106)-153/2024 nömrəli qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qərarı dəyişdirilərək, həmin qərarın Şəxs aid 12 çaplı, “Retay” markalı, G21075182 nömrəli ov silahının müsadirə edilməsi hissəsi qərardan xaric edilmiş və Cəlilabad Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qərarı Şəxs 1000 (bir min) manat cərimə tənbeh tədbirinin təyin olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(073)-167/2024 nömrəli icra vərəqəsindən görünür ki Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 (on) gün müddətində ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. İşdə olan 06 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Həşimov X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(073)-167/2024 nömrəli qərarı əsasındaverilmiş icra sənədini icra etmədiyinə görə barəsində İXM-in 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Borclunun axtarışı haqqında” qərardan görünür ki,borclu Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınauyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xətatörədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibatitənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında müəyyən olundu ki, Həşimov X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(073)-167/2024 nömrəli inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş qərarını qanunla müəyyən edilmiş əsaslar olmadan 25 gün müddətində icra etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində ictimai işlər növündə inzibati tənbeh növü tətbiq edilməli və həmin tənbeh növü gün ərzində dörd saatdan çox olmamalı və üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 145.1.6-cı maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiqetmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasınaxitam verir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 28, 40, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 160 (yüz altmış) saat müddətində ictimai işlər növündə tənbeh tətbiq edilsin. Şəxs barəsində tətbiq edilmiş ictimai işlər növündə inzibati tənbeh növü gün ərzində dörd saatdan çox olmasın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə olan inzibati tənbeh vermə haqqında Cəlilabad Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 3(073)-167/2024 nömrəli qərarının icrasına xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-651/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-651/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver