Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-652/2023 21.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə Şəxs – xx.xx.1985-ci ildə Cəlilabad rayonu, Maşlığ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Cəlilabad rayonu, Maşlığ kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(073)- 323/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 7000 manat pul və 90 manat ödənilmiş dövlət rüsumu alınıb tələbkar X4 verilməsi qət edilmişdir. Borclu Şəxs halhazırda Cəlilabad rayon məhkəməsi tərəfindən çıxarılmış icra vərəqəsi üzrə 7000 manat məbləğində borcu qalmışdır. Şəxs inzibati qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs ifadəsində göstərdi ki, onun barəsində Cəlilabad rayon məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(073)-323/2023 saylı icra vərəqəsinə əsasən ondan 7000 manat pul və 90 manat ödənilmiş dövlət rüsumu alınıb tələbkar X4 verilməsi qət edilmişdir. O, Cəlilabad rayon məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(073)-323/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və məhkəmə xx.xx.2023-cü il tarixdə onun apellyasiya şikayətini işlə birlikdə apellyasiya məhkəməsinə göndərəcəkdir. Qeyd olunan qətnamə hazırda qanuni qüvvəyə minməmişdi. Ona görə də icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə tələbkar X6 ifadəsində göstərdi ki, Cəlilabad rayon məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(073)-323/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 7000 manat pul və 90 manat ödənilmiş dövlət rüsumu alınıb ona verilməsi qət edilmişdir. Borclu Şəxs hal-hazırda Cəlilabad rayon məhkəməsi tərəfindən çıxarılmış icra vərəqəsi üzrə 7000 manat pul və 90 manat ödənilmiş dövlət rüsumu borcu qalmışdır. Şəxs inzibati qaydada cəza verilməsini xahiş edir. İşdə olan inzibati xəta törətmiş şəxs Şəxs tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanladığı apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərdən görünür ki, 27 aprel 2023-cü il tarixdə Cəlilabad rayon məkəməsinə daxil olmuşdur. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Bundan başqa “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına daxil olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Məhkəmə iclasında icra məmurunun, borclunun və tələbkarın izahatları və iş materialları ilə müəyyən edildi ki, Cəlilabad rayon məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(073)-323/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 7000 manat pul və 90 manat ödənilmiş dövlət rüsumu alınıb tələbkar X4 verilməsi qət edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər 27 aprel 2023-cü il tarixdə Cəlilabad rayon məkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə iclasında borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 21 iyun 2023-cü il tarixli, MN 11476697 saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-652/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-652/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver