Məhkəmə qərarları › İş №3(073)-656/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-656/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-656/2023 06.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, Cəlilabad şəhəri M.Hüseyn küçəsində fəaliyyət göstərən “Kapriz Studio” obyektin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: 16 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad şəhəri M.Hüseyn küçəsində fəaliyyət göstərən “Kapriz Studio” obyektinin müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yayımlaması aşkar olunmuşdur. Bununla da Cəlilabad şəhəri M.Hüseyn küçəsində fəaliyyət göstərən “Kapriz Studio” obyektin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə “Kapriz Studio” obyektinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cəlilabad şəhəri M.Hüseyn küçəsində fəaliyyət göstərən “Kapriz Studio” obyektin rəhbəri Şəxs bu əməli inzibati xəta haqqında protokolla və eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Belə ki, işə əlavə edilmiş 30 may 2023-cü il tarixli, 000236 saylı aktın surətindən görünür ki, Cəlilabad şəhəri M.Hüseyn küçəsində fəaliyyət göstərən “Kapriz Studio” obyektinin müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yayımlaması aşkar olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən Cəlilabad şəhəri M.Hüseyn küçəsində fəaliyyət göstərən “Kapriz Studio” obyektinin rəhbəri Şəxs ünvanlanmış 000236 saylı yazılı göstərişin surətindən görünür ki, Cəlilabad şəhəri M.Hüseyn küçəsində fəaliyyət göstərən “Kapriz Studio” obyektində açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26.2-ci maddəsini nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 (beş) gün müddətində Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinə müraciət edilməsi tələb olunmuş, bu tələblər yerinə yetirilmədikdə, müvafiq reklamın (reklamların) yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə Cəlilabad şəhəri M.Hüseyn küçəsində fəaliyyət göstərən “Kapriz Studio” obyektin rəhbəri Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən vəzifəli şəxs olmasını və xəbərdarlıq edilməsinə baxmayaraq müvafiq icazə sənədinin alınmamasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Cəlilabad şəhəri M.Hüseyn küçəsində fəaliyyət göstərən “Kapriz Studio” obyektin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar