Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-657/2024 13.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmənin iclas katibi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs, xx.xx.1961-ci ildə Cəlilabad rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olan, Cəlilabad rayonu, Söyüdlü kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 05 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 6 ədəd ağac tingini çıxararaq 300 manat miqdarında ziyan vurmuşdur. Məhkəmə iclasında Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək izahatında göstərdi ki, onun heç bir şəxslə ədavəti və düşmənçiliyi yoxdur. O, 2013-cü ildə Cəlilabad şəhəri ərazisində qardaşı oğlu Şıxəli Məcidovuun adına 0.70 ha torpaq sahəsi almış və həmin torpaq sahəsində kartof əkini ilə məşqul olur. Həmin torpaq sahəsinə reyester xidmətindən çıxarış almışdır. Həmin torpaq sahəsini şikayətçinin torpağından suvarma kanalı ayırır. xx.xx.20024-cü il tarixdə, səhər saatlarında nəzarət etmək üçün sahəsinə getmiş və kiminsə onun torpaq sahəsində 6 ədəd qarağac adlanan ağacının çiliyini əkməsini görmüşdür. Gələcəkdə onun əkin sahəsinə maneə törətməsin deyə orda əkilmiş 6 ədəd şiliyi çıxararaq kənara qoymuşdur. Əvvəla ağacı onun ərazisində icazəsiz əkilib, öz ərazisində istəyirsə əkəydi, yəni kanalın sonradan tanıdığı Salaman Abdullayev özünə tərəf olan hissəsində, digər tərəfdən 6 ədəd kiçik ağac 300 manat necə qiymətləndirilib məlum deyil. Şikayətçi həmin ağac budaqlarını qəsdən konfilikt yaratmaq və həmin ərazini öz həyətinə qatmaq məqsədilə əkmişdir. Ona görə gə barəsində tərtib edilmiş protokolun ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Cəlilabad şəhəri, A.Gəraybəyli küçəsində istifadə etdiyi 0.06 ha torpaq sahəsi üzərində tikdiyi evin qarşısında neytral zonada kanalın Şəxs tərəfində olan hissəsində 6 ədəd qarağac əkmişdir. Həmin ağacları kanalın Şəxs tərəfində olan hissəsinə əkməkdə məqsədi ölkədə gedən yaşıllaşdırma işinə kömək məqsədilə etmişdir. xx.xx.2024-cü il tarixdə qonşusu Arif ona zəng edib ağacların Əhliman tərəfindən çıxarılaraq atıldığını dedikdən sonra o dər hal həmin yerə getmiş və bundan sonra bu barədə Azərbaycan Rspubliksaı DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs və zərəçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, izibati xəta haqqında iş materiallararında 6 ədəd qarağac çiliklərinin 300 manat dəyəri olamsı öz təstiqini tapmır, Şəxs istifadəsində olan torpaq sahəsində və ya torpaq sahəsinin sərhədində məqsədli olaraq icazəsiz əkilmiş çiliklərin torpaqdan çıxarılmas inzibati xəta hadisəsi yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-657/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-657/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver