Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-657/2025 05.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs – 15.04.200-ci il tarixdə Masallı rayonu, Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşqul olan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon X3 Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddlərində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 03 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 03 iyun 2025-ci il tarixdə saat 17 radələrində Cəlilabad rayon polis şöbəsinin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, 03 iyun 2025-ci il tarixdə borc məsələsinə görə Cəlilabad rayon polis şöbəsinə çağrılmış və həmin gün babası X5 ilə birlikdə Cəlilabad RPŞ-yə gəlmişlər. Cəlilabad rayon sakinindən aldığı borc pulu həmin günədək atası İlkin qaytardıqdan sonra Cəlilabad RPŞ-nin İstintaq Bölməsində olan araşdırma materialı üzrə izahat verməy üçün çağrılmışdır. O və babası Ədalət Əzizov RPŞ-nin inzibati binasının qarşısında dayanmış, həmin vaxt RPŞ-nin əməkdaşı qapıdan onu şöbənin həyətinə çağırmış və o, inzibati binaya daxil olmuşdur. Sonradan ona məlum olmuşdur ki, barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. O, həmin vaxtı polis əməkdaşlarına və digər şəxslərə qarşı hər hansı hörmətsiz hərəkətlər etməmişdir və təhqiramiz ifadələr işlətməmiş və buna səbəb də olmamışdır. Onun barəsində deyilənlər həqəiətə uyğun deyil. Belə ki, o, iqtisad universitetinə 600 balla qəbul olmuş, bitirmiş, sonra da RF-nın Leylinqrad şəhərinə işləməyə getmişdir. Orada Tacikistan Respublikası vətəndaşı olan qızla dini kəbin kəstirərərk evlənmiş, daha sonra icazə olmadığı üçün Bakıya qayıtmış, Mehdiabad qəsəbəsində kirayə ev tutaraq orda yaşayır və hazırda qız evdə təkdir, telefon, pul, və ərzaq evdə yoxdur və tanıdığı kimsə də yoxur. Onu qızdan ayırmaq üçün atasının sifarişi ilə həbs etmək istəyillər. Qeyd edilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, xx.xx.2025ci il tarixdə təxminən saat 17:15 radələrində Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Cahangir Əhmədov ilə birlikdə 1 nömrəli posda RPŞ-nin giriş qapısında xidmətdə olan zaman, bu vaxtı RPŞ-nin qarşı qapısı qarşısında bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətməsini görüb ona yaxınlaşaraq, hərəkətləri ilə ətrafdakıları insanların narahatlığına səbəb olmasını ictimai yerdə nalayiq ifadələr işlətməməsini bildirmiş. Həmin şəxs ona tərəf gələrək, uca səslə qışqıraraq “kimə nə dəxli var mən necə danışıram” deyərək aqresiv formada nalayiq sözlər demiş. Həmin vaxtı Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Cahangir Əhmədov ilə birlikdə onu nizam-intizama dəvət edmişlər, lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq hərəkətlərini davam etdirərək ətrafda olan insanlarıa narahatlıq yaratmış. Onu RPŞ-nin növbətçi hissəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Şəxs onun nəvəsindir. 03 iyun 2025-ci il tarixdə nəvəsi Əlizadə X1 rayon polis şöbəsinə çağrılmış və həmin gün o da nəvəsi ilə birlikdə Cəlilabad RPŞ-yə gəlmişlər və küçədə gözləmişlər. Bir qədər sonra əməkdaş onu RPŞ-nin həyətinə çağırmış və o, içəri daxil olmuş, polis əməkdaş və digər şəxslə mübahisə etməmişdir. Nəvəsi Şəxs Cəlilabad rayon sakinindən aldığı borc pulu qaytarmasından sonra Cəlilabad RPŞ-nin İstintaq Bölməsində olan araşdırma materialı üzrə izahat verməsi üçün çağrılmışdır. O, Cəlilabad RPŞ-nin inzibati binasının qarşısında dayanmış, Bir neçə saat gözlədikdən sonra ordan çıxaraq evinə getmişdir. Nəvəsi barəsində deyilənlər həqəiətə uyğun deyil. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin olmaması özünün və şahidlərin izahatı ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir və o, inzibati məsuliyyətindən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 53, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-657/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-657/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver