Məhkəmə qərarları › İş №3(073)-661/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-661/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-661/2025 05.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Zərərçəkmişşəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs –xx.xx.1969-cu ildə Cəlilabad rayonu, Alar kəndində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindəndaxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 04 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 may 2025-ci il tarixdə, Cəlilabad rayonu, Günəşli kənd sakini Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, o müxtəlif çiyələk sahələrinə fəhlə aparmaqla yanaşı özü də işləyir və onlara nəzarət edir. X3 idarə etdiyi avtomobillə onları çiyələk sahələrinə aparıb-gətirir. Hər dəfə müxtəlik çiyələk sahələrinə ümumilikdə 13-15 nəfər fəhlə aparmaqla yanaşı həmin fəhlələrə nəzarət edir. Onun hər hansı bir şəxslə və ya Zərərçəkmiş şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Təxminən 20 gün bundan əvvəl fəhlələri çiyələk sahəsinə işləmək üçün Əlişirin avtomobili ilə aparmışlar, həmçinin Fərqanə, Hüsniyyə, Ülkər və adının xatırlamadığı şəxsləri Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində Vüsal adlı şəxsin çiyələk sahəsinə aparmışlar, özü isə həmin ərazidə Rəmzi adlı şəxsin sahəsinə digər fəhlələrlə getmiş, Əlişir isə avotmobilində onları gözləmişdir ki, evə aparsın. Həmin gün saat 09 radələrində Əlişir onu çağıraraq Hüsniyyə adlı qadının ona zəng edərək Fərqanənin evdə problemi olduğu üçün Ələddin adlı sürücü ilə evə getdiyini bildirmiş, bundan sonra o, Əlişir ilə birlikdə Fərqanənin işlədiyi sahəyə getmiş, Ələddinə zəng etmələrinə baxmayaraq Ələddin telefona cavab verməmiş, bundan sonra Fərqanənin yaşadığı evin yanına getsələr də Fərqanənin evdə olmadığını bilib geri qayıtmışlar. Cəlilabad şəhəri, Qurtuluş küçəsində Əlişir avtoehtiyyat hissələri satılan mağazadan avtomobilinə ehtiyyat hissəsi almaq istəyən zaman Ələddinin avtomobillə onların yanından keçdiyini görüb dərhal Əlişirə onun arxası ilə getməklərini, Fərqanənin onun avtomobilində olmasından şübhələndiyini demiş, bundan sonra onlar Ələddinin idarə etdiyi avtomobilin arxası ilə getmişlər, Ələddinə Əlişir işarə etməsinə baxmayaraq avtomobili saxlamamış, sonra isə Günəşli kəndinə az qalmış avtomobili Ələddin saxlamış, o və Əlişir avtomobildən yerə düşəndə Fərqanənin Ələddinin avtomobilində əyləşib özünü gizlətməyə çalışdığını görmüş, o Fəqanəyə düş avtomobildən sən nə gəzirsən sözünü dedikdən sonra Fərqanə ona ərim bilməsin işə qayıdıram sözünü demişdir. Daha sonra isə Fərqanə onlarla birlikdə iş yerinə qayıtmış, o yolda Fərqanəyə nə üçün belə etdiyini, Ələddinin avtomobilində nə gəzməsini soruşsa da, Fərqanə ona heç bir söz deyə bilməmiş, həmin gün işin sonunda o Fərqanənin 18 manat pulunu vermiş, həmin günün səhəri günü və ondan bir neçə gün də sonra işə gəlmiş, sonra isə onlarla işə gəlməmişdir. O və Füqurə Fərqanəni döyməmişlər, ona qarşı heç bir müqavimət göstərməmişlər. 11 may 2025-ci il tarixdə onu görməmişlər, Fərqanə onlarla 08 may 2025ci il tarixə dək işləmişdir. Fərqanə Ələddin ilə bir eyrdə olanda isə təxminən 2025-ci ilin aprel ayının axırları olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, onun Əlişir Məmmədov ilə heç bir ədavəti yoxdur. O, yaşadığı kənd və digər kənd ərazilərində olan sahələrə gedib fəhlə işləyir. Cəlilabad rayonu, Alar kənd sakinləri Əlişir avtomobilində Füqurıı ilə birlikdə onu və digər fəhlələri sahələrə aparıb 25 manata işlətməklə həmin şəxslər 5 manatını götürüb onlara 20 manat pul verirlər. O da buna görə bir neçə dəfə narazılıq etmişdir. 11 may 2025-ci il tarixdə işlədiyi əkin sahəsində Əlişir və Füqurə ilə aralarında mübahisə olmuş, o həmin vaxtı sahədən çıxıb evə getmək istəyəndə həmkəndlisi Ələddinə məxsus avtomobilə əl işarəsi edib saxlatdırmış və Günəşli kəndinə getmişdir. Ələddin Günəşli kəndinin ərazisində avtomobilin saxladıqdan sonra Əlişir və Füqurə onun əyləşdiyi avtomobilə daxil olub onu vurub saçından tutaraq avotmobildən yerə düşürtmüşlər. Əlişir və Füqurə onun baş və bel nahiyəsinə yumruqla vurmuşlar. Məhkəmdən ədlətli qərar qəbul ediməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında göstərdi ki, onun hər hası bir şəxslə heç bir ədavəti yoxdur. O çiələk sahələrinə idarə etdiyi avtomobili ilə fəhlə aprıb gətirərək maddi gəlirini təmin edir. Həmin gün xx.xx.2025-ci il tarixdə saat 8 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək, harda olduğunu evə gedirsə onuda aparmağını bildirmiş, o da Göytəpə şəhərindən yaşadığı kənd ərazisinə getdiyini bildirmiş, Fərqanə Vəli adlı şəxsin sahəsinin yanında olduğunu və onuda aparmasını demiş, o da həmin yerə gəlmiş, Fərqanıə onun avtomobilinə əyləşmiş, o da avtomobilini idarə edərərk yaşadığları kəndə ərazisinə getmiş, Günəşli kəndi ərazisində Fərqanə ona, avtomabili saxlamasını xalasının evinə gedəcəyini demişdir. O da avtomobili saxlamış, həmin vaxtı avtomobilin arxasında Əlişirin avtomobilinin dayandığını, Əlişir və Füqurə adlı şəxslərin ona tərəf gəldiyini görmüş, Fərqanə onun avtomobilindən düşərərk Ələddinin avtomobilinə minərərk çiələk sahəsinə qayıtmışdır. X2 Əhmədovanı döməmiş onu təqir etməmişdir. İşdə olan Cəlilabad rayon X4 Bölməsinin 25 may 2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilərək, barəsində İXM-nin 157-ci maddəsi iləinzibati qaydada tədbir görülməsi üçün material üzrə qəbul edilmiş qərarın surəti Cəlilabad rayon X5 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan RespublikasıİXM-in 157-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Məhkəmə iclasında izahatları alınmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsı, Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş X1izahatları ilə Şəxs inzibatixəta törətməsi öz əksini tapmamışdır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinəəsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 115.1.7-ci maddəsinəəsasən inzibati işüzrə qərarda işüzrə icraata xitam verilməsi və ya dayandırılmasıüçün əsas olan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığındaninzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 85, 114 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs əməlindəAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığındaninzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar