Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-662/2025 04.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, İcra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs–xx.xx.1984-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu Cəfərli kəndində qeydiyyatda olan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(073)-156/2024 saylı icra vərəqəsinə əsasən, 17 oktyabr 2023-cü il tarixdən başlayaraq 13 avqust 2009-cu il təvəllüdlü X4, 21 oktyabr 2011-ci il təvəllüdlü X3 və 15 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədini icra müddəti ərzində icrasını təmin etməmiş və borcunu ödəməmişdir. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Nicat Bəhmənov inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(073)-156/2024 saylı icra vərəqəsinə əsasən 17 oktyabr 2023-cü il tarixdən başlayaraq 13 avqust 2009-cu il təvəllüdlü X4, 21 oktyabr 2011-ci il təvəllüdlü X3 və 15 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin borclu Şəxs icra sənədini icra müddəti ərzində icrasını təmin etməmiş və borcunu ödəməmişdir. Ondan borcun ödənilməsi tələb edildikdə isə müxtəlif bəhanələrlə icra sənədinin icrasından yayınmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(073)-156/2024 saylı icra vərəqəsinə əsasən 17 oktyabr 2023-cü il tarixdən başlayaraq 13 avqust 2009-cu il təvəllüdlü X4, 21 oktyabr 2011-ci il təvəllüdlü X3 və 15 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hazırda heç bir yerdə işləmir, ona görə də icra vərəqəsi üzrə borcunu ödəyə bilməmişdir. Əməlindən səmimi peşmandır, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(073)-156/2024 saylı icra vərəqəsinə əsasən 17 oktyabr 2023-cü il tarixdən başlayaraq 13 avqust 2009-cu il təvəllüdlü X4, 21 oktyabr 2011-ci il təvəllüdlü X3 və 15 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Lakin borclu Şəxs icra vərəqəsi üzrə borcunu vaxtı-vaxtında ödəmir. Hazırda borclu Şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün etirafı, icra məmuru və zərərçəkmiş şəxsin izahatları, Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(073)- 156/2024 saylı icra vərəqəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 04 iyun 2025-ci il tarixdən, saat 17:30-dan hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-662/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-662/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver