Məhkəmə qərarları › İş №3(073)-671/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-671/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-671/2025 24.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə X3 Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş 17 may 2025-ci il tarixli, EQ 27983607 saylı inzibati tənbeh vermə haqqından qərarını ləğv edilməsi və 239.1-ci maddəsi ilə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə X3 Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadənin 17 may 2025-ci il tarixli, EQ 27983607 saylı inzibati tənbeh vermə haqqından qərarın ləğv edilməsi və 239.1-ci maddəsi ilə icraata xitam verilməsi barədə şikayəti daxil olmuşdur. X1 məhkəməyə ərizə göndərərək mübahisəni məhkəmədənkanar qaydada həll etiklərini bildirmiş və şikayət ərizəsini və ona əlavə edilmiş sənədlərini geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, şikayət ərizəsi onu məhkəməyə göndərmiş X2 geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 115.5-ci maddısinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş 17 may 2025-ci il tarixli, EQ 27983607 saylı inzibati tənbeh vermə haqqından qərarını ləğv edilməsi barədə şikayəti ərizəsi və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar