Məhkəmə qərarları › İş №3(073)-672/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-672/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-672/2024 27.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs müvafiq cəriməni və dəbbə pulunu ödədiyi üçün inzibati məsuliyyətdən azad edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-in DYP Web Portalından çıxarışından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə EQ 19770421 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 (on) manat, xx.xx.2024-cü il tarixdə EQ 19713087 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 (əlli) manat, xx.xx.2024-cü il tarixdə EQ 20705234 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1, 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 (üç yüz) manat, xx.xx.2024-cü il tarixdə EQ 20330459 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 20 (iyirmi) manat, xx.xx.2024-cü il tarixdə EQ 20271087 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 (əlli) manat, xx.xx.2024-cü il tarixdə EQ 20225294 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 (on) manat, xx.xx.2024cü il tarixdə EQ 20190258 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat, xx.xx.2024-cü il tarixdə EQ 20110702 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 (əlli) manat, xx.xx.2024-cü il tarixdə EQ 19993801 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 (on) manat, xx.xx.2024cü il tarixdə EQ 19984983 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 (on) manat, xx.xx.2024-cü il tarixdə EQ 19983073 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Şəxs EQ 19770421 saylı protokola əsasən 10 (on) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 6 (altı) manatı, ümumilikdə 16 (on altı) manat, EQ 19713087 saylı protokola əsasən 50 (əlli) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 27 (iyirmi yeddi) manatı, ümumilikdə 77 (yetmiş yeddi) manat, EQ 20705234 saylı protokola əsasən 300 (üç yüz) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 165 (bir yüz altmış beş) manatı, ümumilikdə 465 (dörd yüz altmış beş) manat, EQ 20330459 saylı protokola əsasən 20 (iyirmi) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 12 (on iki) manatı, ümumilikdə 32 (otuz iki) manat, EQ 20271087 saylı protokola əsasən 50 (əlli) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 30 (otuz) manatı, ümumilikdə 80 (səksən) manat, EQ 20225294 saylı protokola əsasən 10 (on) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 6 (altı) manatı, ümumilikdə 16 (on altı) manat, EQ 20190258 saylı protokola əsasən 40 (qırx) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 24 (iyirmi dörd) manatı, ümumilikdə 64 (altmış dörd) manat, EQ 20110702 saylı protokola əsasən 50 (əlli) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 30 (otuz) manatı, ümumilikdə 80 (səksən) manat, EQ 19993801 saylı protokola əsasən 10 (on) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 6 (altı) manatı, ümumilikdə 16 (on altı) manat, EQ 19984983 saylı protokola əsasən 10 (on) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 6 (altı) manatı, ümumilikdə 16 (on altı) manat, EQ 19983073 saylı protokola əsasən 50 (əlli) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 30 (otuz) manatı, ümumilikdə 80 (səksən) manatı dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydinin 1-ci bəndində göstərilmişdir ki, bu məcəllənin 529.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs müvafiq cəriməni, dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödəməsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq cəriməni və dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərarı qəbul edilənədək ödədiyi üçün inzibati məsuliyyətdən azad edilsin və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar