Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-677/2023 13.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1969-cı ildə Ağdam rayonu, Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, təqaüdçü, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olmaqla, Cəlilabad şəhəri, Qurtuluş prospekti nömrəsiz evdə yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: 07 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən yaşadığları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Şəxsnın bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmişin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahtında bildirdi ki, həyat yoldaşı Zərərçəkmiş şəxs onunla mütəmadi olaraq mübahisə edir və söz-söhbət yaradır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə o, Ağdama köçüb yaşamaq istədiyini bildirmiş buna görə arvadı Sevinc onu söyüb təhqir etmiş o, da “sen getmirsən özüm gedərəm” demiş, lakin Sevinc onunla sözlü dalaşmağa davam etmişdir. O, arvadı Sevinci döyməmişdir, böhtandır. Bundan sonra Sevinc qardaşı Elşənlə birlikdə oradan kənarlaşıb getmişdir. O, özü xəstədir 2-ci qrup əlildir və onun qolunda və ayağlarında iflic xəstəliyi var, Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə olmuş, o, Sevincə xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, həyat yoldaşı Şəxs ilə aralarında mütəmadi olaraq heç bir səbəb olmadan mübahisələr olur, bununla bağlı dəfələrlə Cəlilabad RPŞ-də araşdırmalar aparılmışdır xx.xx.2023-cü il tarixdə sahə rəisi ona zəng edib polisə dəvət etmiş, o da bu barədə həyat yoldaşı Şəxs zəng edərək demiş, Nazim isə polisdə olduğunu və onun da polisə gəlməsini demiş, o da evdən çıxıb polisə gələn zaman yolun kənarında Nazimin qohumu Rafəddin onu görüb Nazimin ünvanına təhqiredici sözlər demiş, bu barədə Rafəddinlə söhbət edən zaman Nazim avtomobili onların yanında saxlayıb onu təhqir etdikdən sonra evə getmiş, daha sonra o da evə getmiş, həmin vaxtı Nazim ilə aralarında mübahisə yaranmış, həmin vaxtı Nazim onun saçından tutaraq boynunun arxa hissəsinə yumruq vurmuş və sol ayağına təpik vuranda sol ayağının baş barmağı əzilmiş, qızı Günel isə “ata vurma qov evdən getsin” sözünü demişdir. Həmin vaxtı oğlu Etibar, qızları Günel və Günəş orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirlimiş X2 izahtında bildirdi ki, Şəxs onun atası Zərərçəkmiş şəxs onun anasıdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə atası Xəlilov X1 yaşamaq istədiyini bildirmiş buna görə anası Zərərçəkmiş şəxs X5u söyüb təhqir etmiş atasıda da “sen getmirsən özüm gedərəm” demiş, lakin anası Zərərçəkmiş şəxs X5la sözlü dalaşmağa davam etmişdir. X5 anası Zərərçəkmiş şəxs döyməmişdir, böhtandır. Bundan sonra anası Sevinc qardaşı Elşənlə birlikdə oradan kənarlaşıb getmişdir. Atası xəstədir 2-ci qrup əlildir və onun qolunda və ayağlarında iflic xəstəliyi var, Zərərçəkmiş şəxs ilə atası Şəxs aralarında sözlə mübahisə olmuş, atası anasına xəsarət yetirməmişdir. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin 04 iyun 2023-cü il tarixli, 461 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs sol ayağının 1-ci barmağının dırnaq yatağında qansızma müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyaların təsirindən törənmişdir, törəmənin müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinin qeydinin 3-cü bəndində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törətmiş şəxslə Şəxs ilə Zərərçəkmiş şəxsnun və şahid Şəxs dinləyib məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə icraata inzibati xəta hadisəsi olmadığıından xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-677/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-677/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver